12px13px15px17px
Tarix:06/09/18

Dinamik vasitəsilə smartfona müdaxilə üsulu aşkar edilib

Qurğunun mikrofonu və dinamiki vasitəsilə smartfonun qrafik şifrini oğurlamaq üsulu tapılıb. Britaniyanın Lankaster Universitetinin mütəxəssisləri bu mövzu üzrə öz işlərini “ArXiv.org” elektron kitabxanasında dərc ediblər.
 
Eksperiment “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üzərində aparılıb. Belə cihazlarda eyniləşdirmə üçün 3 sistemdən istifadə edilir: barmaq izi, şifr və qrafik açar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sonuncu üsul daha populyardır və ən təhlükəsiz metodlardan biri hesab edilir, çünki ekrandakı bütün nöqtələri birləşdirmək üçün təxminən 400 min üsul mövcuddur.
 
Ancaq alimlər bildiriblər ki, istifadəçilərin 20%-i daha çox 12 ən geniş yayılmış kombinasiyadan istifadə edir.
 
Mütəxəssislər tərəfindən qurğuya müdaxilə üçün hazırlanmış “SonarSnoop” adlı xüsusi proqram məsafədən qrafik şifri öyrənməyə imkan verir. Bunun üçün sözügedən proqram oğru və "qurban"ın qurğusuna quraşdırılmalıdır.
 
“SonarSnoop” proqramı avtomatik olaraq dinamik və mikrofonu idarə etmək hüququ əldə edir və hər iki cihazı birləşdirir. Bundan sonra proqram dinamik vasitəsilə insan qulağı üçün əlçatmaz tezlikdə olan səs çıxardır və ətrafda olan əşyalardan əks edilmiş səsi təhlil edir. Bu halda proqram qrafik şifrin daxil edilməsi zamanı dinamik vəziyyətində qeydə alınmış kiçik dəyişikliyi təhlil etmək qabiliyyətinə malikdir.
 
Məhz bu dəyişikliklərin köməyi ilə barmağın displeydəki yeri təyin edilir.
 
Sınaqlar nəticəsində məlum olub ki, proqram qrafik açar variantlarının 70%-ni tapa bilir.
 
Emil Hüseynov



Baxış sayı: 427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024