Tarix:07/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti “Windows 10” sisteminin təqdim edilməsindən sonra hər bir versiyanı 18 ay dəstəkləməyi planlaşdırmışdı. Korporativ istifadəçilər üçün 18 aydan bir yeniləmə narahatçılıq yaratdığına görə “Enterprise” və “Education” versiyaları üçün 24 aylıq dəstək təklif edilirdi. İndi “Microsoft” bu müddəti 30 ayadək uzadıb.
“NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin iyulunda dünyada masaüstü və noutbukların 36,58%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 41,23% təşkil edir.
Analitiklər cari vəziyyəti nəzərə alaraq belə hesab edirlər ki, “Windows 10” sistemi 2018-ci ilin sonunadək ən populyar əməliyyat sistemi olacaq.
Analitiklər bildiriblər ki, 2018-ci ildə korporativ seqmentdə “Windows 10” sisteminin payı 48%-dək artıb, halbuki 1 il bundan əvvəl bu göstərici 27% idi.
Emil Hüseynov
“Windows 10” əməliyyat sisteminin dəstəklənməsi davam etdiriləcək
“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemini dəstəkləməyə davam edəcək. Ehtimal ki, şirkət öz məhsulunun uğurundan razıdır.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti “Windows 10” sisteminin təqdim edilməsindən sonra hər bir versiyanı 18 ay dəstəkləməyi planlaşdırmışdı. Korporativ istifadəçilər üçün 18 aydan bir yeniləmə narahatçılıq yaratdığına görə “Enterprise” və “Education” versiyaları üçün 24 aylıq dəstək təklif edilirdi. İndi “Microsoft” bu müddəti 30 ayadək uzadıb.
“NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin iyulunda dünyada masaüstü və noutbukların 36,58%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 41,23% təşkil edir.
Analitiklər cari vəziyyəti nəzərə alaraq belə hesab edirlər ki, “Windows 10” sistemi 2018-ci ilin sonunadək ən populyar əməliyyat sistemi olacaq.
Analitiklər bildiriblər ki, 2018-ci ildə korporativ seqmentdə “Windows 10” sisteminin payı 48%-dək artıb, halbuki 1 il bundan əvvəl bu göstərici 27% idi.
Emil Hüseynov
Baxış sayı: 391
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet