Tarix:10/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, qurğu istifadəçinin dərisinə toxunuşla hiss edilən siqnallar göndərən xüsusi qol şəklindədir. O, hər ingilis foneminə təyin olunan müəyyən vibrasiyanı edir. Hisslər səslərin artikulyasiyasına uyğunlaşdırılır. Partlayan samitlər (p və ya b) biləkdə, dilarxası saitlər (g və ya k) isə dirsəkdə vibrasiyalar yaradır. Qurğu, həmçinin elə kodlaşdırılıb ki, müxtəlif hissləri hər danışıq əlamətinə görə generasiya edə bilsin: samit və ya saitlər, kar və ya cingiltili samitlər, uzun və ya qısa saitlər. Lokallaşdırılmış vibrasiyalar samit səslər, hərəkət edən vibrasiyalar isə sait səslərdir. Qısa sait səslər qısa, uzun saitlər isə uzun vibrasiyalar yaradır.
Tədqiqat Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə keçirilmiş illik layihənin tərkib hissəsini təşkil edir. Sadə mənimsənilən texnologiya alternativ rabitə metodu kimi bir çox sahələrdə tətbiq oluna bilər. İstifadəçilər müxtəlif səslərlə və ya mənalarla əlaqədar vibrasiyaları bir neçə saata öyrənə bilərlər. Hazırkı qurğu prototipində ingilis dilində sözlər və fonemlər kodlaşdırılsa da, gələcəkdə texnologiyanın şifrlər daxil olmaqla müxtəlif dillərlə işləyəcəyi gözlənilir.
Nizam Nuriyev
Yeni texnologiya məlumatların dəri ilə ötürülməsi üçün impulslardan istifadə edir
ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları ingilisdilli məlumatların insan dərisində vibrasiyalar vasitəsilə göndərilməsi metodunu hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, qurğu istifadəçinin dərisinə toxunuşla hiss edilən siqnallar göndərən xüsusi qol şəklindədir. O, hər ingilis foneminə təyin olunan müəyyən vibrasiyanı edir. Hisslər səslərin artikulyasiyasına uyğunlaşdırılır. Partlayan samitlər (p və ya b) biləkdə, dilarxası saitlər (g və ya k) isə dirsəkdə vibrasiyalar yaradır. Qurğu, həmçinin elə kodlaşdırılıb ki, müxtəlif hissləri hər danışıq əlamətinə görə generasiya edə bilsin: samit və ya saitlər, kar və ya cingiltili samitlər, uzun və ya qısa saitlər. Lokallaşdırılmış vibrasiyalar samit səslər, hərəkət edən vibrasiyalar isə sait səslərdir. Qısa sait səslər qısa, uzun saitlər isə uzun vibrasiyalar yaradır.
Tədqiqat Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə keçirilmiş illik layihənin tərkib hissəsini təşkil edir. Sadə mənimsənilən texnologiya alternativ rabitə metodu kimi bir çox sahələrdə tətbiq oluna bilər. İstifadəçilər müxtəlif səslərlə və ya mənalarla əlaqədar vibrasiyaları bir neçə saata öyrənə bilərlər. Hazırkı qurğu prototipində ingilis dilində sözlər və fonemlər kodlaşdırılsa da, gələcəkdə texnologiyanın şifrlər daxil olmaqla müxtəlif dillərlə işləyəcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet