12px13px15px17px
Tarix:10/09/18

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransında iştirak edir

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün öz işinə başlayıb.
 
Beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan "ITU Telecom World" bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir.
 
Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək.
 
Tədbirin bu gün keçirilən rəsmi açılış mərasimində Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa çıxış edib.
 
"ITU Telecom-2018" çərçivəsində daha "ağıllı" rəqəmli inkişaf naminə innovasiyalarla bağlı əsas məsələlər müzakirə ediləcək.
 
13 sentyabradək davam edəcək qlobal tədbirin beynəlxalq tərəfdaşlarından biri də  Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
 
Sərgi-konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
 
Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və  startaplar təmsil olunurlar.
 
Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycanın Milli Pavilyonu quraşdırılıb.
 
Milli Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunacaq.
 
Qeyd edək ki, ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyon ilə təmsil olunur.















Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb