12px13px15px17px
Tarix:13/09/18

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi "KATV1" şirkəti ilə birlikdə peşəkar video mütəxəssisləri və video blogerlərin hazırlanması üzrə təlimlərə başlayır.
 
Bu məqsədlə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin multimedia studiyasının bazasında "KATV1" şirkəti ilə birlikdə "Myvideo Academy" layihəsinə start verilir. 
 
Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video blogerlik peşəsinin təbliğidir. Keçirilən təlimlərdə iştirakçılar tanınmış təlimçilərdən dərslər alacaq, real multimedia studiyasında praktiki dərslər keçəcək, tanınmış şərhçilər və blogerlərin master dərslərində iştirak edəcəklər.
 
Layihə çərçivəsində iştirakçılar müxtəlif televiziya kanallarında təcrübə keçməklə yanaşı, özləri video materiallar hazırlamaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları video süjetlər çəkəcək, onları montaj edəcək və "myvideo.az" portalında hazırladıqları süjetləri təqdim edəcəklər. Layihənin əsas özəlliyi təlimləri uğurla başa vuran iştirakçıların "KATV1" şirkətində və yaxud digər tərəfdaş təşkilatlarda iş qazanmaq imkanı olacaqdır.
 
Bu layihə sayəsində ölkəmizdə video texnologiyalar sahəsi üzrə peşəkar mütəxəssislərin hazırlanmasına töhfə veriləcək.
 
Təlimlərin proqramı ilə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin rəsmi internet səhifəsi olan www.iktlab.az saytında bu linkə daxil olaraq tanış olmaq mümkündür.





Baxış sayı: 175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2018

15/11/18
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında 

15/11/18
Bu robot Sinqapurda keçirilən “ASEAN” sammitində əlavə təhlükəsizliyi təmin edib

Sinqapurda keçirilən “ASEAN 2018” sammitində 360 dərəcə fırlana bilən kameraya malik və yanıb-sönən 

15/11/18
Güclü fırıldaqçı virus yenidən yayılmağa başlayıb

Ötən il dünya kompüterlərinə hücum edən güclü “WannaCry” fırıldaqçı proqram təminatı ən geniş 

15/11/18
Hindistan müasir rabitə peykini orbitə çıxarıb

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı Şrixarikota adasında yerləşən kosmodromdan “GSAT-29” adlı 

15/11/18
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq 

15/11/18
Atəşdən sonra polis çağıran tapança yaradılıb

“Axon” şirkəti “Pulse +” adlı innovativ elektroşok silahı hazırlayıb.

15/11/18
“Nokia” şirkəti yeni düyməli telefonunu təqdim edib

“Nokia” brendinə məxsus qurğuları işləyib hazırlayan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 106

15/11/18
Ən geniş yayılmış kibertəhdidlər açıqlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point Software Technologies” həllər istehsalçısı 

14 11 2018

14/11/18
“Apple” öz kompüterlərini kənar təmir cəhdlərindən qoruyub

“Apple” şirkətinin  istehsalı olan ən yeni kompüter modellərində qurulmuş “T2” soprosessoru bəzi hallarda 

14/11/18
Stiv Voznyak: “Sürücüsüz avtomobillər utopiyadır”

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “CNBC” telekanalına müsahibədə avtonom avtomobillər 

14/11/18
Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib

Ən məhsuldar sistemlərin reytinqi (TOP500) ilə yanaşı, sistemlərin enerji effektivliyi üzrə sıralandığı 

14/11/18
Yaponiya poçtu dronlardan istifadəyə başlayıb

Yaponiyanın “Japan Post” poçt operatoru Fukisima prefekturasında əməkdaş çatışmazlığı ilə əlaqədar 

14/11/18
Qlobal rəqəmli transformasiya xərcləri 2 trilyon dollara yaxınlaşacaq

“IDC”-nin analitikləri biznes, istehsal və təşkilatların rəqəmli transformasiyası üçün lazımi texnologiya 

14/11/18
“Samsung Galaxy Note 10” ən böyük ekranlı smartfon olacaq

Buraxılışı hazırlanan “Samsung Galaxy Note 10” “Samsung” şirkətinin tarixində ən böyük smartfon