12px13px15px17px
Tarix:13/09/18

“Apple” yeni “iPhone” smartfonlarını təqdim edib

“Apple” şirkəti yeni məhsullarını təqdim edib. Tədbir “Apple”ın mənzil-qərargahında keçirilib və şirkətin saytında canlı yayımlanıb.
 
Təqdimatın böyük hissəsi “Apple”ın əsas məhsulu olan “iPhone” smartfonuna həsr edilib. Şirkət bu dəfə sözügedən qurğunun 3 yeni modelini təqdim edib. İlk model 1 il bundan əvvəl təqdim edilmiş “iPhone X” aparatının təkmilləşdirilmiş versiyasıdır və “iPhone XS” adlandırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, yeni model daha möhkəm şüşədən işlənib hazırlanmış 5,8 düymlük diaqonallı displeyə malikdir. Qurğu “A12 Bionic” adlı yeni 6 nüvəli prosessor (əvvəlki modeldən 2 dəfə sürətli işləyir) və təkmilləşdirilmiş 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib. Yeni modelin qiyməti 999 dollardan başlanacaq.
 
Təqdim edilmiş ikinci smartfon “iPhone XS Max” adlanır. Birinci modeldən yeganə fərqi 6,5 düymlük displeyə malik olmasıdır, texniki xüsusiyyətlər eynidir. Bu qurğunun başlanğıc qiyməti 1099 dollar təşkil edəcək.
 
Hər iki smartfon tutumlu akkumulyatorla təchiz edilib, həmçinin iki SİM-kart dəstəkləyir ki, bu da müxtəlif mobil operator və tarif planları arasında keçid etməyə imkan verəcək. SİM-kartlardan biri elektron, digəri isə fiziki olacaq. Bu halda Çində yerli qanunvericiliyə uyğun olaraq 2 fiziki kart dəstəkləyən smartfonlar təqdim ediləcək.
 
Üçüncü model isə “iPhone XR” adlı ucuz versiyadır. Bu aparat yeni OLED texnologiyasından fərqli olaraq ucuz LCD texnologiyası üzrə hazırlanmış 6,1 düymlük diaqonallı displeylə təchiz edilib. Smartfona “A12 Bionic” prosessoru quraşdırılıb, ancaq 12 meqapiksellik kamera ikiqat deyil, tək olacaq. Qurğunun minimal qiyməti 749 dollar təşkil edəcək.
 
“iPhone XR” üçün ilkin sifarişlər 19 oktyabr tarixindən əlçatan olacaq, ABŞ-da 26 oktyabr tarixində satışa çıxarılacaq. “iPhone XS” və “iPhone XS Max” cihazları artıq sentyabrın 14-dən sifariş üçün əlçatan olacaq, ABŞ-da 21 sentyabr tarixində satışa çıxarılacaq. 64, 256 və ya 512 QB-lıq daxili yaddaşa malik versiyalar üzrə tədarük olunacaq ilk iki model boz, gümüşü və ya qızılı rənglərdə əlçatan olacaq. “iPhone XR” isə 64, 128 və ya 256 QB-lıq yaddaşa malik versiyalar üzrə satılacaq, qara, sarı və mərcan daxil olmaqla 6 rəngdə əlçatan olacaq.
 
Bundan başqa, “Apple Watch” smart saatlarının dördüncü seriyası təqdim edilib. Yenilik ürəyin elektrokardioqramasını etməyə imkan verən daxili  sensorla təchiz edilib. “Apple” qurğunun düymələrindən birini elə modifikasiya edib ki, həmin düyməyə sıxıb saxlayarkən istifadəçi fərdi elektrokardioqrama edə biləcək.
 
İndi smart saatlar yeni ikinüvəli prosessor və əvvəlki modellə müqayisədə 35% daha geniş, amma daha nazik displeylə təchiz edilib. Qurğuya inteqrasiya edilmiş akselerometr və hiroskop indi cihaz sahibinin təsadüfən yerə yıxılmasını qeydə alır və bu halda “ağıllı” saat bir neçə dəqiqə sonra avtomatik olaraq xilasetmə xidmətinin telefonunu yığa və hadisənin baş verdiyi yerin koordinatları daxil olmaqla bədbəxt hadisə haqda məlumat verə biləcək.
 
Yeni “Apple Watch” saatları 3 rəngdə əlçatan olacaq. 21 sentyabr tarixində ABŞ və bir sıra başqa ölkələrdə satışa çıxarılacaq GPS dəstəkli versiyanın qiyməti 399 dollar, mobil rabitə funksiyasını dəstəkləyən modelin qiyməti isə 499 dollar təşkil edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Noyabr 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar

16 11 2018

16/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək 

16/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi 23 nömrəli orta məktəbdə robotexnika laboratoriyası yaratdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı 

16/11/18
“Raspberry Pi 3” kompüterinin kiçikölçülü versiyası təqdim edilib

Britaniyanın “Raspberry Pi Foundation” şirkəti “Raspberry Pi Model 3B+” adlı kompüterin kiçikölçü

16/11/18
Yeni nəsil “Samsung” prosessoru rəsmən təqdim olunub

“Samsung” şirkəti “Galaxy S10” smartfonunun əsasını təşkil edəcək yeni qabaqcıl “Exynos 9820

16/11/18
“Xiaomi” şirkəti "ağıllı" bloknot təqdim edib

“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir: şirkət tərəfindən hazırlanmış bloknot 

16/11/18
Yeni planetlərarası modul süni intellekt vasitəsilə yaradılıb

ABŞ Kosmik Agentliyinin (NASA) mühəndislər qrupu “Autodesk” şirkəti ilə birgə süni intellekt 

16/11/18
“Facebook” onun qaydalarına zidd nəşrlərlə mübarizə məqsədilə müstəqil orqan yaradacaq

“Facebook” şirkəti öz qaydalarına zidd olan nəşrlərlə mübarizədə sosial şəbəkəyə kömək edəcək müstəqil 

16/11/18
Bir neçə ay uçan “Boeing” pilotsuz uçuş aparatı təqdim edilib

“Boeing” korporasiyasının “Aurora Flight Sciences” törəmə şirkəti günəş batareyaları ilə işləyən