Tarix:14/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “Vokrugsveta” resursuna istinadən yazır ki, sərhəd xidmətinin iştirakı ilə hazırlanan “veriScan” adlı yeni sistem sərnişinlərin sifətini tanıyaraq onları ABŞ vətəndaşları və ölkəyə gələn əcnəbilər barədə informasiyanın saxlanıldığı məlumat bazasının fotoşəkilləri ilə müqayisə edir. Bunun sayəsində sərnişinlərdən pasportun təqdim edilməsi tələb olunmur. Aeroport rəhbərliyinin məlumatına görə, identifikasiya dəqiqliyi 99 faiz təşkil edir, təyyarəyə minmə vaxtı isə iki dəfə azalır.
Sistemin sınağı zamanı “Lufthansa” aviaşirkətinin Vaşinqton-Los-Anceles reysinə sərnişinlərin minməsi 20 dəqiqəyə başa çatıb ki, bu da adi yoxlanış qaydaları ilə minmədən 2 dəfə azdır. Təyyarə göyərtəsinə ümumilikdə 350-dən çox sərnişin qalxıb. Bundan başqa, sistemin köməyi ilə qeydiyyat zamanı saxta pasport təqdim edən ilk qanun pozucusu saxlanılıb.
Nizam Nuriyev
Vaşinqton aeroportunda sərnişinlərin identifikasiyası üçün yeni sistem istifadəyə verilib
Vaşinqtonun Dalles adına beynəlxalq aeroportunda sifətin tanınması sistemi istifadəyə verilib.“ICTnews” Elektron Xəbər Xidməti “Vokrugsveta” resursuna istinadən yazır ki, sərhəd xidmətinin iştirakı ilə hazırlanan “veriScan” adlı yeni sistem sərnişinlərin sifətini tanıyaraq onları ABŞ vətəndaşları və ölkəyə gələn əcnəbilər barədə informasiyanın saxlanıldığı məlumat bazasının fotoşəkilləri ilə müqayisə edir. Bunun sayəsində sərnişinlərdən pasportun təqdim edilməsi tələb olunmur. Aeroport rəhbərliyinin məlumatına görə, identifikasiya dəqiqliyi 99 faiz təşkil edir, təyyarəyə minmə vaxtı isə iki dəfə azalır.
Sistemin sınağı zamanı “Lufthansa” aviaşirkətinin Vaşinqton-Los-Anceles reysinə sərnişinlərin minməsi 20 dəqiqəyə başa çatıb ki, bu da adi yoxlanış qaydaları ilə minmədən 2 dəfə azdır. Təyyarə göyərtəsinə ümumilikdə 350-dən çox sərnişin qalxıb. Bundan başqa, sistemin köməyi ilə qeydiyyat zamanı saxta pasport təqdim edən ilk qanun pozucusu saxlanılıb.
Nizam Nuriyev
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet