12px13px15px17px
Tarix:15/09/18

Sosial şəbəkələrdə ekstremistləri aşkarlayan alqoritm hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun və Brandeys Universitetinin tədqiqatçılar qrupu sosial şəbəkələrdə ekstremistləri onlar tərəfindən müvafiq məlumatlar (informasiya blokları) dərc edilməmişdən əvvəl aşkar edən alqoritm hazırlayıb.   

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, məlumata görə, ekstremizm və nifrəti qızışdıran kontentlə mübarizə "Facebook", "Twitter" və "YouTube" kimi böyük internet şirkətləri üçün əsas və çətin vəzifələrdəndir. Müxtəlif ölkələrin hökumətləri platformalardan belə kontenti mümkün qədər tez ləğv etməyi tələb edir, lakin moderatorluqla məşğul olan əməkdaşlar və onlara kömək üçün nəzərdə tutulan avtomatik alqoritmlər bu vəzifənin öhdəsindən həmişə gələ bilmirlər. Bundan başqa, bu halda söhbət kontent dərc edildikdən sonra onun bloklanması və silinməsindən gedir.   

ABŞ alimlərinin alqoritmi mahiyyət etibarilə təkrar moderatorluğu həyata keçirməyə imkan verir. O, terrorçu təşkilat üzvlərinin və ya onlarla əlaqədar istifadəçilərin (onların hesabları barədə məlumat KİV, bloqlar, analitiklər və hüquq-mühafizə orqanları vasitəsilə toplanıb) apardığı 5 min mikrobloqun analizinə əsaslanır. Analiz üçün alimlər seçilən hesablarla əlaqədar 4,8 milyon "Twitter" informasiya blokundan, bu istifadəçilərin, eləcə də onların dostlarının və abunəçilərinin profil təsvirlərindən (bu, bazanı 1,3 milyon hesabadək artırıb) istifadə ediblər.

Bu məlumatlar əsasında statistik moderatorluq vasitəsilə alimlər bu və ya digər hesabın ekstremist yönümlü olmasını yüksək dəqiqliklə müəyyənləşdirən model hazırlayıblar. Alqoritm bunu həmin hesab istifadəçisi tərəfindən ilk məlumat dərc edilməmişdən əvvəl edib.

Tədqiqat həmmüəllifinin sözlərinə görə, onlayn ekstremizmlə məşğul olan istifadəçilər sosial şəbəkələrdə oxşar davranış xüsusiyyətlərinə malik olurlar ki, bu da alqoritmə yeni hesabların yaradılması zamanı onları aşkarlamağa imkan verir.

Nizam Nuriyev





Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024