Tarix:15/09/18
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, "Ericsson" ABŞ operatoruna 3,5 milyard dollar dəyərində "3rd Generation Partnership Project" (3GPP) standartlı "5G New Radio" (5G-NR) texnologiyasının qurulması üçün lazım olan telekommunikasiya aparatları və proqram təminatı tədarük edəcək. Bundan başqa, İsveç istehsalçısı rəqəmli servislər və "BSS" və "Cloud Core" platformalarını təqdim edəcək.
Məlumata görə, "5G" şəbəkələri informasiyanı 10 Qbit/saniyə sürətində ötürməyə imkan verir. Bu, hazırkı "4G" şəbəkələrinin sürətindən 30 dəfə çoxdur. Məsələn, "HD" keyfiyyətli tammetrajlı filmi bir neçə saniyəyə yükləmək mümkün olacaq.
"T-Mobile" 2020-ci ildə ABŞ-da ümummilli beşinci nəsil mobil rabitə şəbəkəsini qurmağı planlaşdırır, 2018-ci ilədək isə texnologiyanın 30 şəhərdə istifadəyə veriləcəyi gözlənilir.
Xatırladaq ki, iyulda "T-Mobile" operatoru və "Nokia" şirkəti arasında "5G" rabitəsi üçün avadanlıq, proqram təminatı və servislərin tədarükünə dair 3,5 milyardlıq saziş imzalanıb.
Məlumat üçün qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
“Ericsson” və “T-Mobile” arasında “5G” şəbəkələri üçün avadanlığın tədarükünə dair saziş imzalanıb
İsveçin "Ericsson" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkələri (5G) üçün məhsulların tədarükünə dair böyük saziş imzalayıb. Sifarişçi qismində artıq "Nokia" şirkəti ilə əməkdaşlıq edən ABŞ-ın "T-Mobile" mobil operatoru çıxış edir."ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, "Ericsson" ABŞ operatoruna 3,5 milyard dollar dəyərində "3rd Generation Partnership Project" (3GPP) standartlı "5G New Radio" (5G-NR) texnologiyasının qurulması üçün lazım olan telekommunikasiya aparatları və proqram təminatı tədarük edəcək. Bundan başqa, İsveç istehsalçısı rəqəmli servislər və "BSS" və "Cloud Core" platformalarını təqdim edəcək.
Məlumata görə, "5G" şəbəkələri informasiyanı 10 Qbit/saniyə sürətində ötürməyə imkan verir. Bu, hazırkı "4G" şəbəkələrinin sürətindən 30 dəfə çoxdur. Məsələn, "HD" keyfiyyətli tammetrajlı filmi bir neçə saniyəyə yükləmək mümkün olacaq.
"T-Mobile" 2020-ci ildə ABŞ-da ümummilli beşinci nəsil mobil rabitə şəbəkəsini qurmağı planlaşdırır, 2018-ci ilədək isə texnologiyanın 30 şəhərdə istifadəyə veriləcəyi gözlənilir.
Xatırladaq ki, iyulda "T-Mobile" operatoru və "Nokia" şirkəti arasında "5G" rabitəsi üçün avadanlıq, proqram təminatı və servislərin tədarükünə dair 3,5 milyardlıq saziş imzalanıb.
Məlumat üçün qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet