12px13px15px17px
Tarix:17/09/18

Əksər kompüterlərə müdaxilə üsulu bəlli olub

İnformasiya təhlükəsizliyi və məxfilik alətlərinin işlənib hazırlanması ilə məşğul olan Finlandiyanın "F-Secure" şirkətinin araşdrımasına görə, müasir kompüterlərin əksəriyyətinə 5 dəqiqə müddətində müdaxilə etmək mümkündür, ancaq bunun üçün hakerin qurğuya fiziki giriş imkanı olmalıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, sözügedən hücum soyuq yenidən yükləmə metodunun köməyi ilə həyata keçirilir. Bunun üçün icra olunan işləri dayandırmadan kompüteri söndürmək və ya yenidən yükləmək lazımdır. Bundan sonra əməli yaddaşda əlçatan olan məlumatların bərpası proqramını işə salmaq lazımdır.
 
Müasir kompüterlər öz əməli yaddaşını yenidən yazmaq qabiliyyətinə malik olsalar da, bu prosesi deaktiv etmək olar, çünki onu idarə edən sazlamalar fiziki müdaxilədən qorunmayıb. Haker əməli yaddaşın yenidən yazılmasını deaktiv edərək fləş kartın köməyi ilə hücum həyata keçirə bilər.
 
Araşdırmanın nəticələri artıq "Apple", "Microsoft" və "Intel" kimi kompüter istehsalçılarına göndərilib.
Emil Hüseynov





Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024