12px13px15px17px
Tarix:17/09/18

Uzun müddət avtonom işləyə bilən “iPhone” modeli məlum olub

Mütəxəssislər müəyyənləşdiriblər ki, “Apple” şirkətinin yeni smartfonu əvvəlki populyar modellərlə müqayisədə 1,5 dəfə daha çox avtonom işləyə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, ekspertlər sınaqlar vaxtı yeni smartfonu “iPhone 8” və “iPhone 8 Plus” ilə  müqayisə ediblər. Bu haqda “PhoneArena” portalı məlumat verir.
 
Məlumata görə, “iPhone XR” smartfonu yüksək məhsuldarlıqlı rejimdə 16 saat avtonom işləyə bilər. Musiqi dinləmə rejimində sözügedən qurğunun avtonom işləmə müddəti 50 saat davam edə bilər. Bu, “iPhone 8 Plus” ilə müqayisədə 1,5 dəfə yüksək göstəricidir.
 
Emil Hüseynov





Baxış sayı: 390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024