Tarix:18/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, akademiya rəhbərinin sözlərinə görə, Çində süni intellekt şirkətlərinin sayı artmaqda davam edir və hazırda ölkə dünyada ikinci mövqedə qərarlaşıb.
Ölkənin ən sürətli inkişaf edən süni intellekt mərkəzləri arasında Liu Duo Pekin, Şanxay, Quandun, Çjetsyan və Tsyansunu sadalayıb.
Sinxua Universiteti (Tsinghua University) nəzdində Çin elm və texnologiyalar sahəsində siyasət institutu tərəfindən hazırlanan hesabata görə, Çinin materik hissəsində süni intellekt şirkətlərinin sayı 1011 təşkil edir ki, bu da ümumdünya sayının 20,53 faizinə bərabərdir.
Çin süni intellekt şirkətlərinin sayına görə yalnız ABŞ-dan geri qalır. Orada belə şirkətlərin sayı 2 minə çatır. Liderlər beşliyinə, həmçinin Böyük Britaniya, Kanada və Hindistan daxildir.
ABŞ süni intellekt şirkətlərinin sayına görə Çini üstələsə də, şəhərlər üzrə bölünmənin analizindən məlum olub ki, süni intellekt üzərində çalışan şirkətlərin əksəriyyəti (395) Çin paytaxtı Pekində yerləşir. Liderlər üçlüyündə, həmçinin müvafiq olaraq 287 və 274 süni intellekt şirkəti ilə ABŞ-ın San-Fransisko və Britaniyanın London şəhərləri yer alıb. Bundan başqa, Şanxay, Şençjen və Xançjou süni intellekt şirkəti çox olan şəhərlərin ilk iyirmiliyinə daxil olub.
Nizam Nuriyev
Pekin süni intellekt şirkətlərinin sayına görə dünya şəhərləri arasında birincidir
Çin süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayına görə dünyada ikinci yerdədir. Bu barədə sentyabrın 17-də Şanxayda keçirilən “World Artificial Intelligence Conference” beynəlxalq konfransında Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (China Academy of Information and Communications Technology) rəhbəri Liu Duo bildirib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, akademiya rəhbərinin sözlərinə görə, Çində süni intellekt şirkətlərinin sayı artmaqda davam edir və hazırda ölkə dünyada ikinci mövqedə qərarlaşıb.
Ölkənin ən sürətli inkişaf edən süni intellekt mərkəzləri arasında Liu Duo Pekin, Şanxay, Quandun, Çjetsyan və Tsyansunu sadalayıb.
Sinxua Universiteti (Tsinghua University) nəzdində Çin elm və texnologiyalar sahəsində siyasət institutu tərəfindən hazırlanan hesabata görə, Çinin materik hissəsində süni intellekt şirkətlərinin sayı 1011 təşkil edir ki, bu da ümumdünya sayının 20,53 faizinə bərabərdir.
Çin süni intellekt şirkətlərinin sayına görə yalnız ABŞ-dan geri qalır. Orada belə şirkətlərin sayı 2 minə çatır. Liderlər beşliyinə, həmçinin Böyük Britaniya, Kanada və Hindistan daxildir.
ABŞ süni intellekt şirkətlərinin sayına görə Çini üstələsə də, şəhərlər üzrə bölünmənin analizindən məlum olub ki, süni intellekt üzərində çalışan şirkətlərin əksəriyyəti (395) Çin paytaxtı Pekində yerləşir. Liderlər üçlüyündə, həmçinin müvafiq olaraq 287 və 274 süni intellekt şirkəti ilə ABŞ-ın San-Fransisko və Britaniyanın London şəhərləri yer alıb. Bundan başqa, Şanxay, Şençjen və Xançjou süni intellekt şirkəti çox olan şəhərlərin ilk iyirmiliyinə daxil olub.
Nizam Nuriyev
Baxış sayı: 514
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet