12px13px15px17px
Tarix:18/09/18

“iOS12” əməliyyat sistemi təqdim olunub

“Apple” şirkəti “iOS” əməliyyat sistemini yeniləyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, korporasiyanın nümayəndələrinin məlumatına görə, yeni sistem proqram və kameranın məhsuldarlığını artırır. İndi şəkillərin albomlarda axtarışı həm yerlər, həm də açar sözlər və tətbiq edilmiş effektlər üzrə mümkündür.
 
Bundan başqa, yeni əməliyyat sistemində “FaceTime” tətbiqində qrup zənglərinə 32-dək istifadəçi dəvət etmək olar.
 
Yeni əməliyyat sistemi “iPad Air”, “iPhone 5s” və yeni nəsil smartfonlar, həmçinin 6-cı “iPod Touch” üçün əlçatandır.
 
Emil Hüseynov





Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024