12px13px15px17px
Tarix:19/09/18

Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin "Xiaomi" şirkətinin dəstəklədiyi "Huami" brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan "Huangshan No. 1" (MHS001) prosessorunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, çip süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkəsindən gedir.

Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara görə məsuliyyət daşıyırlar.  

Yeni çip "RISC-V" arxitekturasından istifadə edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş vaxtını artırmağa imkan verəcək.

"Huangshan No. 1" (MHS001)  platformalı qurğular real vaxt rejimində çoxlu əməliyyat yerinə yetirə biləcəklər. Məsələn, istifadəçinin hərəkətlərinin izlənməsi, biometrik identifikasiya, müxtəlif bildirişlərin göstərilməsi və s.  

Yeni çiplə təchiz edilən ilk daşınan qurğuların 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir. Belə qurğuların nümayişi isə növbəti ilin birinci-ikinci rübünə planlaşdırılır.

Nizam Nuriyev





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024