12px13px15px17px
Tarix:24/09/18

Özü süni hesablama apara bilən qurğuların tədarük həcmi yüksəlir

“Tractica” analitik şirkətinin məlumatına görə, hazırda süni intellektin köməyi ilə məlumatların işlənməsi, əsasən, “bulud” məlumat mərkəzlərində yerinə yetirilir. Bu əməliyyatların əksəriyyəti böyük hesablama gücü tələb edən dərin təlim alqoritmləri ilə bağlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, süni intellekt texnologiyalarının inkişafı sektorda hesablama gücünə tələbatı dəfələrlə artırıb. Bu tələbatın böyük hissəsi qrafik prosessorlar tərəfindən qarşılanır.
 
Eyni zamanda süni intellekt texnologiyalarından istifadə ssenariləri artdıqca daha çox süni intellekt əməliyyatları mərkəzləşdirilmiş “bulud” mühitində deyil, bilavasitə qurğuların özündə yerinə yetiriləcək.
 
“Tractica” şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə özü süni intellekt hesablamaları yerinə yetirən qurğuların tədarük həcmi 161,4 milyon səviyyəsində olacaq. 2025-ci ilədək bu göstəricinin 16 dəfə yüksələrək 2,6 milyard qurğuya yaxınlaşacağı gözlənilir.
 
Emil Hüseynov





Baxış sayı: 463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024