Tarix:26/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2019-cu ildən etibarən bir sıra regionlarda istifadəyə veriləcək yeni beşinci nəsil rabitə texnologiyası (5G) məlumatların ötürülmə sürətini artıracaq, “bulud” saxlanclarını və əlavə reallığı təkmilləşdirəcək. Onun fonunda “3G” və LTE texnologiyaları geridə qalacaq.
Proqnoza görə, yaxın illərdə smartfonlar arasında ekrandaxili barmaq izi skaneri və bir neçə modula malik kamera populyarlıq qazanacaq. Ekrandaxili daktiloskopik skaner artıq “Vivo”, “Xiaomi” və “Meizu” smartfonlarında quraşdırılıb, tezliklə ekranın blokdan çıxarılması üçün oxşar texnologiya ilə “OnePlus” və “Samsung” brendli digər qurğuların da təchiz ediləcəyi gözlənilir. Üç modula malik kameranı “Huawei P20 Pro” smatfonu təklif edir, eyni zamanda yaxın vaxtlarda üç kamera ilə təchiz olunan digər model – “Huawei Mate 20 Pro” işıq üzü görəcək.
Analitiklərin gözləntilərinə görə, “Samsung” şirkətinin ardınca başqa istehsalçılar da açılıb-yığılan smartfon təqdim edəcəklər. Belə mobil qurğuların perspektivləri barədə məlumat isə açıqlanmır. Onların da mobil bazarın inkişafına güclü təsir göstərəcəyini ehtimal etmək olar.
Nizam Nuriyev
Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb
“ABI Research” analitik şirkəti 2027-ci ilədək smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2019-cu ildən etibarən bir sıra regionlarda istifadəyə veriləcək yeni beşinci nəsil rabitə texnologiyası (5G) məlumatların ötürülmə sürətini artıracaq, “bulud” saxlanclarını və əlavə reallığı təkmilləşdirəcək. Onun fonunda “3G” və LTE texnologiyaları geridə qalacaq.
Proqnoza görə, yaxın illərdə smartfonlar arasında ekrandaxili barmaq izi skaneri və bir neçə modula malik kamera populyarlıq qazanacaq. Ekrandaxili daktiloskopik skaner artıq “Vivo”, “Xiaomi” və “Meizu” smartfonlarında quraşdırılıb, tezliklə ekranın blokdan çıxarılması üçün oxşar texnologiya ilə “OnePlus” və “Samsung” brendli digər qurğuların da təchiz ediləcəyi gözlənilir. Üç modula malik kameranı “Huawei P20 Pro” smatfonu təklif edir, eyni zamanda yaxın vaxtlarda üç kamera ilə təchiz olunan digər model – “Huawei Mate 20 Pro” işıq üzü görəcək.
Analitiklərin gözləntilərinə görə, “Samsung” şirkətinin ardınca başqa istehsalçılar da açılıb-yığılan smartfon təqdim edəcəklər. Belə mobil qurğuların perspektivləri barədə məlumat isə açıqlanmır. Onların da mobil bazarın inkişafına güclü təsir göstərəcəyini ehtimal etmək olar.
Nizam Nuriyev
Baxış sayı: 446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet