Tarix:27/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkətlərin bəyanatına görə, alyansın məqsədi məlumat mübadiləsində maneələrin aradan qaldırılması və istifadəçilər barədə vahid təsəvvürün yaradılmasıdır. Yeni layihə çərçivəsində ümumi model əsasında “Adobe Experience Cloud” və “Adobe Experience Platform”, “Microsoft Dynamics 365”, eləcə də “SAP C/4HANA” və “S/4HANA” platformaları arasında məlumat mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Model “Azure” “bulud”unda ümumi məlumat servisindən istifadəyə imkan verəcək. Bunun sayəsində alyans iştirakçıları istənilən texnoloji vasitələrin köməyi ilə mobil proqramlar yarada biləcəklər.
Məlumata görə, mayın 25-də Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarının (General Data Privacy Regulations - GDPR) qüvvəyə minməsi istifadəçilərin razılığı ilə təqdim edilən məlumatlardan istifadə üçün xərcləri xeyli artırıb. Yeni şəraitdə birbaşa marketinq internetdə istifadəçilərin davranışının izlənilməsindən asılı olan reklam ekosistemindən daha sərfəli görünür.
Qeyd edək ki, “GDPR” şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilir, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
Nizam Nuriyev
Məşhur İT şirkətləri istifadəçi məlumatlarının mübadiləsi haqqında saziş imzalayıblar
“Adobe”, “Microsoft” və “SAP” informasiya texnologiyaları şirkətləri “Ignite 2018” konfransı zamanı “Open Data Initiative” adlı alyansın yaradılması ilə bağlı razılığa gəliblər.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkətlərin bəyanatına görə, alyansın məqsədi məlumat mübadiləsində maneələrin aradan qaldırılması və istifadəçilər barədə vahid təsəvvürün yaradılmasıdır. Yeni layihə çərçivəsində ümumi model əsasında “Adobe Experience Cloud” və “Adobe Experience Platform”, “Microsoft Dynamics 365”, eləcə də “SAP C/4HANA” və “S/4HANA” platformaları arasında məlumat mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Model “Azure” “bulud”unda ümumi məlumat servisindən istifadəyə imkan verəcək. Bunun sayəsində alyans iştirakçıları istənilən texnoloji vasitələrin köməyi ilə mobil proqramlar yarada biləcəklər.
Məlumata görə, mayın 25-də Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarının (General Data Privacy Regulations - GDPR) qüvvəyə minməsi istifadəçilərin razılığı ilə təqdim edilən məlumatlardan istifadə üçün xərcləri xeyli artırıb. Yeni şəraitdə birbaşa marketinq internetdə istifadəçilərin davranışının izlənilməsindən asılı olan reklam ekosistemindən daha sərfəli görünür.
Qeyd edək ki, “GDPR” şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilir, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
Nizam Nuriyev
Baxış sayı: 418
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet