12px13px15px17px
Tarix:27/09/18

“İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində startap turu keçirilib

Bu gün "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində startap turu keçirilib.
 
Tədbirə universitetdən 100-dən çox iştirakçı qatılıb.
 
Tur çərçivəsində ilk olaraq iştirakçılar üçün ənənəvi qaydada informativ sessiya keçirilib, "İdeyadan Biznesə" layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib.
 
Daha sonra təşkil olunan interaktiv hissədə mentorlar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.
 
İnteraktiv hissədən sonra ideyası olan iştirakçılardan ibarət 9 komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.
Müsabiqə mərhələsində komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.
 
Seçilmiş layihələr əsas yerlər uğrunda mübarizə aparıblar. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, Bakı Mühəndislik Universitetinin tələbələrinə məxsus "Gonex" layihəsi I yerə, "Febellex SFS" II yerə, "Finportal" layihəsi isə III yerə layiq görülüb.
Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.
 
Qeyd edək ki,  "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilən turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılır.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  "Microsoft" şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı "Azercell" şirkətidir.























Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024