12px13px15px17px
Tarix:28/09/18

“Xiaomi” şirkəti “ağıllı” düyməli telefon təqdim edib

“Xiaomi” şirkəti “Qin AI Phone” adlı sadə düyməli telefonunu təqdim edib. Əslində, telefon bir o qədər sadə deyil: yalnız səsli əmrlərlə idarəetməni deyil, həm də sinxron tərcüməçi funksiyasını yerinə yetirən “Xiao” adlı süni intellekt sistemi ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra.ru” saytına istinadən yazır ki, ötən ay “Xiaomi” şirkəti sözügedən telefon üçün öz platformasında pul toplayıb və  indi telefon satışa çıxarılıb.
 
 
54 dollarlıq telefon boz, ağ, qırmızı və sarı rənglərdə əlçatandır. Telefon 240x320 piksel təsvir ölçülü IPS displey və “Corning Gorilla” qoruyucu şüşəsi ilə təchiz edilib. Telefonu məişət texnikası üçün infraqırmızı pult kimi istifadə etmək olar. Həmçinin “4G” və “Wi-Fi” dəstəklənir, stereo səs, internet-radio mövcuddur və “bulud” saxlanc sistemində ehtiyat surət yaradılır.
 
Emil Hüseynov





Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024