12px13px15px17px
Tarix:29/09/18

Avropa İttifaqında 1 milyard avroluq superkompüter yaradılacaq

Avropa İttifaqında 1 milyard avro dəyərində superkompüter yaradılacaq. Avropa Komissiyasının irəli sürdüyü müvafiq təklif ittifaq ölkələri tərəfindən təsdiq edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “DW” resursuna istinadən yazır ki, Avropa Komissiyasının məlumatına görə, noyabrda Lüksemburqda açılacaq Avropa hesablama mərkəzinin yaradılmasında 24 ölkə, o cümlədən Aİ-yə daxil olmayan Norveç iştirak edir.  
 
Bildirilir ki, layihənin həyata keçirilməsi üçün 485 milyon avro Aİ büdcəsindən daxil olacaq, 400 milyon avro iştirakçı ölkələr, daha 400 milyon avro isə özəl şirkətlər tərəfindən ayrılacaq. Bu vəsaitlərlə dünyada ən güclü kompüterlər beşliyinə daxil olan 2, eləcə də dünyada ilk iyirmibeşlikdə yer alan daha 2 superkompüterin alınması planlaşdırılır. Lüksemburq hesablama mərkəzi Avropa ölkələrinin superkompüterlərini vahid şəbəkədə birləşdirəcək.

Qeyd edək ki, dünyada ən güclü superkompüter ABŞ-da tikilib. İyunda işə salınan “Summit” hesablayıcı qurğusu ABŞ-ın Oak Ric Milli Laboratoriyasında yaradılıb. Kompüterin gücü 200 petaflops və ya saniyədə 200 min trilyon hesablama təşkil edir. Bunadək dünya reytinqində birincilik 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüterinə məxsus olub. Almaniyanın ən güclü “Juwels” superkompüteri ölkənin qərbində Yulix tədqiqat mərkəzində yerləşir. Gücü 6,2 petaflopsa bərabər olan “Juwels” dünyanın ən güclü 500 superkompüteri siyahısında 23-cü yeri tutur.

Nizam Nuriyev





Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024