12px13px15px17px
Tarix:01/10/18

"Ağıllı" “SwiftKey” klaviaturasına tərcüməçi funksiyası əlavə edilib

"Ağıllı" "SwiftKey" klaviaturasının "Android" üçün versiyası sözləri real vaxt rejimində tərcümə etməyi öyrənib. Yeni funksiya həm daxil olan, həm də göndərilən mesajlara aiddir və bütün messencerləri dəstəkləyir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, 60-dan çox dilin dəstəklənməsi reallaşdırılıb. Yeni texnologiya "SwiftKey"in sahibi "Microsoft" korporasiyası tərəfindən təqdim edilib. Tərtibatçıların sözlərinə görə, smartfona "Microsoft Translator" proqramı quraşdırıldığı halda tərcümələrin keyfiyyəti daha yaxşı alınır. Bundan başqa, sonuncu internetə qoşulma olmadıqda yeni funksiyadan istifadə etməyə imkan verəcək.
 
2016-cı ilin əvvəlində "Microsoft" tərəfindən satın alınmış "SwiftKey" "Android" və "iOS" üçün "ağıllı" klaviaturaların işlənib hazırlanması ilə məşğuldur. Proqram daxil edilmiş mətnin korreksiyası üçün neyron şəbəkəsindən istifadə edir, sözləri müqayisə edə və onlar arasındakı əlaqəni ayırd edə bilir.
 
Emil Hüseynov





Baxış sayı: 548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024