Tarix:01/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rosbalt” resursuna istinadən yazır ki, razılaşmaya görə, biznesmen 20 milyon dollar məbləğində cərimə ödəyəcək, eləcə də “Tesla” şirkətinin Direktorlar Şurası sədri vəzifəsini üçillik müddətə tərk edəcək. Eyni zamanda İ.Mask şirkətin baş direktoru vəzifəsində qalacaq və təqsiri etiraf etmək məcburiyyətində deyil.
Bundan əvvəl verilən məlumata görə, avqustda İ.Mask “Twitter” səhifəsində “Tesla” şirkətinin səhmlərinin bir ədədinin azad dövriyyədə 420 dollara alınması üçün maliyyələşməni təmin etməsini yazıb. Lakin o, sərmayədarlarla görüşdən sonra niyyətindən imtina edib. Sahibkar komissiyanın bununla bağlı iradlarını əsassız hesab edir.
Qeyd edək ki, Kanada-ABŞ mühəndisi və investoru olan 46 yaşlı İ.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir.
Nizam Nuriyev
İlon Mask “Tesla” Direktorlar Şurası sədri vəzifəsini tərk edəcək
Məşhur ABŞ sahibkarı, “SpaceX” kosmik korporasiyasının və “Tesla Motors” elektromobil istehsalı şirkətinin təsisçisi İlon Mask ABŞ Qiymətli Kağızlar və Fond Birjaları Komissiyası (SEC) tərəfindən “Twitter” sosial şəbəkəsində “Tesla”nı qeyri-publik şirkət etməklə bağlı yalan planlar dərc etməkdə təqsirli bilib. O, komissiya ilə məhkəməyə qədər razılaşma əldə edib.“ICTnews” Elektron Xəbər Xidməti “Rosbalt” resursuna istinadən yazır ki, razılaşmaya görə, biznesmen 20 milyon dollar məbləğində cərimə ödəyəcək, eləcə də “Tesla” şirkətinin Direktorlar Şurası sədri vəzifəsini üçillik müddətə tərk edəcək. Eyni zamanda İ.Mask şirkətin baş direktoru vəzifəsində qalacaq və təqsiri etiraf etmək məcburiyyətində deyil.
Bundan əvvəl verilən məlumata görə, avqustda İ.Mask “Twitter” səhifəsində “Tesla” şirkətinin səhmlərinin bir ədədinin azad dövriyyədə 420 dollara alınması üçün maliyyələşməni təmin etməsini yazıb. Lakin o, sərmayədarlarla görüşdən sonra niyyətindən imtina edib. Sahibkar komissiyanın bununla bağlı iradlarını əsassız hesab edir.
Qeyd edək ki, Kanada-ABŞ mühəndisi və investoru olan 46 yaşlı İ.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir.
Nizam Nuriyev
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet