12px13px15px17px
Tarix:02/10/18

“iPhone” smartfonuna müdaxilə üsulu aşkar edilib

"YouTube"da yerləşdirilmiş çarxda "Siri" səsli köməkçisinin yardımı ilə "iPhone" smartfonuna müdaxilə üsulu göstərilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir.
 
Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün "Siri"nin köməyi ilə "VoiceOver" proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar.
 
Bu problem cari il sentyabrın ortalarında "iPhone" üçün çıxarılmış yeni "iOS 12" əməliyyat sistemində aşkar edilib.
 
 
Emil Hüseynov






Baxış sayı: 428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024