Tarix:03/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Inrupt” Berners-Linin rəhbərlik etdiyi qrupun uzun müddətdir çalışdığı miqyaslı “Solid” layihəsinin kommersiya tərəfini təmin edəcək. Açıq kodlu platforma bütün istifadəçilərə fərdi informasiyanı saxlamaq və bölüşmək üçün seçim imkanı yaradır.
Məlumata görə, lakin bu prinsip internetdə mövcud məlumatların saxlanılması qaydaları ilə ziddiyyət təşkil edir. Qaydalara görə, istifadəçilərin fərdi məlumatları böyük İT şirkətləri, axtarış sistemləri, sosial şəbəkələr və messencerlərə təqdim olunur. Korporasiyalar bütün məlumatları serverlərdə saxlayan inhisarçılardır. Bu, məlumatlarda haker hücumları üçün boşluq yaradır.
“Solid” məlumatların “DWeb” antivirus proqram təminatı və ya desentralizasiya edilmiş internetdə saxlanılması və mübadiləsi üçün alətdir. Belə sistemdə informasiya serverlərdən yan keçməklə ötürülür. Sistem tərəfdarlarının fikrincə, bu, korporasiya və dövlət tərəfindən istifadəçilərin həyatına müdaxiləni minimuma endirir.
Berners-Li dəfələrlə bəyan edib ki, interneti bir neçə on il bundan əvvəl məhz bu şəkildə icad edib.
Nizam Nuriyev
İnternet yaradıcısı yeni struktur icad edib
Müasir internetin yaradıcısı Timoti Berners-Li yeni “Inrupt” strukturunu təqdim edib. Layihə çərçivəsində istifadəçilərə öz məlumatlarını müstəqil saxlamaq hüququ verən əlavələr yaradılacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Inrupt” Berners-Linin rəhbərlik etdiyi qrupun uzun müddətdir çalışdığı miqyaslı “Solid” layihəsinin kommersiya tərəfini təmin edəcək. Açıq kodlu platforma bütün istifadəçilərə fərdi informasiyanı saxlamaq və bölüşmək üçün seçim imkanı yaradır.
Məlumata görə, lakin bu prinsip internetdə mövcud məlumatların saxlanılması qaydaları ilə ziddiyyət təşkil edir. Qaydalara görə, istifadəçilərin fərdi məlumatları böyük İT şirkətləri, axtarış sistemləri, sosial şəbəkələr və messencerlərə təqdim olunur. Korporasiyalar bütün məlumatları serverlərdə saxlayan inhisarçılardır. Bu, məlumatlarda haker hücumları üçün boşluq yaradır.
“Solid” məlumatların “DWeb” antivirus proqram təminatı və ya desentralizasiya edilmiş internetdə saxlanılması və mübadiləsi üçün alətdir. Belə sistemdə informasiya serverlərdən yan keçməklə ötürülür. Sistem tərəfdarlarının fikrincə, bu, korporasiya və dövlət tərəfindən istifadəçilərin həyatına müdaxiləni minimuma endirir.
Berners-Li dəfələrlə bəyan edib ki, interneti bir neçə on il bundan əvvəl məhz bu şəkildə icad edib.
Nizam Nuriyev
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet