12px13px15px17px
Tarix:04/10/18

“Gaia” teleskopu qalaktikalararası ulduzlar aşkarlayıb

Niderlandın Leyden Universitetinin astronomlar qrupu "Süd yolu" qalaktikasını tərk edən yüksəksürətli ulduzların aşkarlanması üçün Avropa Kosmik Agentliyinin (ESA) "Gaia" teleskopunun yeni məlumatlarından istifadə edib. Bunun əvəzinə isə alimlər tərəfindən digər qalaktikalardan gəlməsi ehtimal edilən ulduzlar aşkar edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "Süd yolu" qalaktikasında yüz milyardlarla ulduz mövcuddur. Onların əksəriyyəti ortasında böyük "qara dəliyin" olduğu mərkəz hissəsi sıx şəkildə irəliyə çıxmış diskdə yerləşir. Ulduzlar "Süd yolu" ilə saniyədə yüz kilometri ötən sürətlə hərəkət edirlər və onların hərəkət trayektoriyası qalaktikanın tarixi barədə çoxlu informasiyadan xəbər verir. "Gaia" teleskopunun məlumatları ilə iş zamanı alimlər tərəfindən əksər yüksəksürətli ulduzların qalaktikanın mərkəzindən uzaqlaşması əvəzinə, ona yaxınlaşması müəyyən edilib. Ekspertlərin fikrincə, bunlar "Süd yolu"na yaxın digər qalaktikadan olan qalaktikadankənar ulduzlar ola bilər.   

Məlumata görə, qalaktikalararası ulduzların Böyük Magellan Buludundan ("Süd yolu"nun kiçik qalaktika peyki) gəlməsi ehtimal olunur. Lakin onların əsas qalaktikasının daha uzaqda yerləşməsi də güman edilir. Tədqiqatçılar qeyd edir ki, bunun belə olacağı təqdirdə qalaktikalararası ulduzlarda onların mənşəyini bildirən izlər olmalıdır. Bu səbəbdən onların tədqiqi digər qalaktika ulduzlarının təbiəti haqqında misilsiz informasiya təqdim edə bilər. Mütəxəssislər həmçinin vurğulayır ki, ulduzların ən yüksək sürətədək sürətləndirilməsi böyük "qara dəliyin" köməyi olmadan qeyri-mümkündür. Buna görə də sürətli ulduzların mövcudluğu qonşu qalaktikalarda "qara dəlik"lərin əlaməti ola bilər.  

Nizam Nuriyev





Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024