Tarix:05/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, bu dəfə isə “Space Tango” qravitasiyasız ətraf mühitin çətənə bitkisinin böyüməsinə və inkişafına təsirini müəyyənləşdirmək üçün tədqiqat aparmağa hazırlaşır.
Bildirilir ki, cücərtilərin çəkisizlik şəraitində becərilməsinin müşahidə edilməsi məqsədilə onların kosmik stansiyaya göndərilməsi planlaşdırılır.
Məlumata görə, çətənənin seçilməsi onun tibb və əczaçılıq texnologiyaları sahəsində əhəmiyyəti ilə əlaqədardır. Qeyd olunur ki, hazırda şirkət Beynəlxalq Kosmik Stansiyada quraşdırılan 2 mikrolaboratoriyaya malikdir və eksperimentlər üçün ildə 6 dəfə ora yeni avadanlıq və materiallar çatdırılır. Tədqiqatçılar mikroqravitasiya vasitəsilə səhiyyə və bitkilər biologiyası sahəsində gələcəkdə Yer kürəsində təkrarlanacaq elmi nailiyyətlərə nail olmaq niyyətindədirlər.
Nizam Nuriyev
Beynəlxalq Kosmik Stansiyada əczaçılıq tədqiqatları üçün çətənə yetişdiriləcək
ABŞ-ın “Space Tango” şirkəti mikroqravitasiyanın müxtəlif bitkilərin xüsusiyyətlərinə təsirinin tədqiqi ilə məşğuldur. Beynəlxalq Kosmik Stansiyada yerin məhdud olması ilə əlaqədar olaraq şirkət eksperimentlərin aparılması üçün bitkiləri mikrodalğalı soba ölçüsündə mikrolaboratoriyalarda yetişdirir.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, bu dəfə isə “Space Tango” qravitasiyasız ətraf mühitin çətənə bitkisinin böyüməsinə və inkişafına təsirini müəyyənləşdirmək üçün tədqiqat aparmağa hazırlaşır.
Bildirilir ki, cücərtilərin çəkisizlik şəraitində becərilməsinin müşahidə edilməsi məqsədilə onların kosmik stansiyaya göndərilməsi planlaşdırılır.
Məlumata görə, çətənənin seçilməsi onun tibb və əczaçılıq texnologiyaları sahəsində əhəmiyyəti ilə əlaqədardır. Qeyd olunur ki, hazırda şirkət Beynəlxalq Kosmik Stansiyada quraşdırılan 2 mikrolaboratoriyaya malikdir və eksperimentlər üçün ildə 6 dəfə ora yeni avadanlıq və materiallar çatdırılır. Tədqiqatçılar mikroqravitasiya vasitəsilə səhiyyə və bitkilər biologiyası sahəsində gələcəkdə Yer kürəsində təkrarlanacaq elmi nailiyyətlərə nail olmaq niyyətindədirlər.
Nizam Nuriyev
Baxış sayı: 512
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet