12px13px15px17px
Tarix:05/10/18

“Nokia 7.1” smartfonu təqdim edilib

“HMD Global” şirkəti “Nokia 7.1” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, smartfon Full HD+ təsvir ölçülü 5,84 düymlük “PureDisplay” displeyi ilə təchiz edilib. Displey “HDR10” standartını dəstəkləyir. Bu, 10 bitlik rəng sistemini dəstəkləyən ilk ucuz smartfonlardan biridir, bundan başqa ekran işıqlandırma şəraitinə görə parlaqlıq və ziddiyyəti özü avtomatik olaraq düzəldir.
 
Smartfonun kamerası ikiqatdır və “Carl Zeiss” optikasına malikdir, təsvir ölçüsü 12+ 5 meqapiksel təşkil edir. İkinci modul yalnız şəkillərdə arxa fonun bulanıq edilməsi üçün istifadə olunur, optik zum imkanı mövcud deyil.
 
“Nokia 7.1” smartfonu orta səviyyəli “Snapdragon 636” prosessoru, 3 QB-lıq əməli yaddaş, 32 QB-lıq daxili yaddaşla təchiz olunub. Smartfon təmiz “Android” sisteminin idarəetməsi altında işləyir və ilk olaraq “9.0 Pie” sisteminə yenilənəcək.
 
Akkumulyatorun tutumu 3060 milliamper/saat təşkil edir. Həmçinin “USB-C” konnektoru, qulaqlıqlar üçün konnektor mövcuddur, sürətli enerjidoldurma texnologiyası dəstəklənir. Aparatın ölçüsü 149,7x71,18x7,99 mm, çəkisi 160 qr-dır.
 
Emil Hüseynov





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024