12px13px15px17px
Tarix:08/10/18

Reklamı bloklayan eynək hazırlanıb

İki amerikalı gənc alim İvan Keş və Skott Blyu elektron bannerlərdə küçə reklamını bloklayan “IRL Glasses” günəş eynəyini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Tvzvezda” resursuna istinadən yazır ki, məlumata görə, eynəyin başlıca xüsusiyyəti küçə ekranlarından maye-kristal şüalar buraxmayan linzadır. Buna baxmayaraq eynək “OLED” ekranlardan şüalanmanı buraxır. Beləliklə, istifadəçilər asanlıqla smartfonlardan istifadə edə bilərlər.

“Dünyada diqqət uğrunda mübarizə aparan displeylər üçün bum yaşanır ki, bu da bəzən insanlar arasında əlaqəni yayındırır və pozur. “IRL Glasses” sizi birinci edir”, - eynək yaradıcıları bildirib.

Hazırda gənc sahibkarlar internetdə qurğunun fəal satışı ilə məşğuldurlar. Bloklama eynəyinin qiyməti 49 dollar təşkil edir. Startapçılar artıq 50 min dollardan çox vəsait toplamağa nail olublar.

2019-cu ildə eynəyin dünya bazarına çıxarılması nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024