Tarix:09/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), “Portal+” dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.
Məlumata görə, “Alexa” əlavəsini dəstəkləyən “ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, “Portal” və “Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.
Bildirilir ki, “Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət “Portal” və “Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri “Facebook” serverlərində deyil, qurğularda aparılır.
Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabra nəzərdə tutulur.
Nizam Nuriyev
İlk “Facebook” qurğusu buraxılıb
“Facebook” şirkəti “Messenger” əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik “Portal” və “Portal+” “ağıllı” dinamiklərini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), “Portal+” dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.
Məlumata görə, “Alexa” əlavəsini dəstəkləyən “ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, “Portal” və “Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.
Bildirilir ki, “Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət “Portal” və “Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri “Facebook” serverlərində deyil, qurğularda aparılır.
Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabra nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 440
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet