12px13px15px17px
Tarix:31/10/11

İntellektual radarların quraşdırılması davam edir

Bakı-Quba yolunda müasir intellektual radar və videokamera sistemlərinin quraşdırılması işi başa çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq Bakı-Ələt-Kürdəmir yolunda da bu texnologiyanın tətbiqinə başlanılıb və yolun bir neçə yerində intellektual radarlar quraşdırılıb.

Bu radarların köhnələrdən fərqi proqram əsasında fəaliyyət göstərməsi və ağıllı videokamera sisteminə malik olmasıdır.

Yeni texnologiya vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri müəyyənləşdirmək asanlaşıb. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə malikdir.

Bu sistem vasitəsilə vaxt və məsafə intervalına görə nəqliyyat vasitəsinin orta sürətini hesablamaq mümkündür. Yaxın gələcəkdə digər magistral yollara da yeni radarların qoyulması gözlənilir. Bundan başqa magistral yollarda elektron tərəzilər də qurulacaq.



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024