12px13px15px17px
Tarix:15/10/18

“Orange” və “Google” arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

"Orange" və "Google" şirkətləri arasında Fransa və ABŞ-ı birləşdirəcək "Dunant" Transatlantik sualtı kabelinin çəkilməsi üzrə layihənin həyata keçirilməsində tərəfdaşlıq haqqında razılıq əldə olunub. Bu barədə Fransa telekommunikasiya operatorunun nümayəndəsi bildirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, "Google" şirkətinin Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə "Dunant" adlandırılan gələcək layihəsi barədə ilk dəfə bu ilin iyulunda məlumat yayılıb.

Bildirilir ki, "Dunant" ABŞ-ın məlumat emalı mərkəzlərini Fransa və digər Avropa ölkələri ilə birləşdirəcək son 15 ilin ilk yeni sualtı kabeli kimi Atlantik okean vasitəsilə rabitə üçün sürətlə artan tələbata cavab olacaq.

"Tərəfdaşlıq sayəsində "Orange" Avropa və Amerikada istehlakçı və korporativ müştərilər üçün yeni imkanların təmini məsələsində mövqeyini gücləndirəcək", - Fransa operatorunun bəyanatında deyilir.
Məlumata görə, uzunluğu 6,6 min km təşkil edəcək sualtı kabelin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. "Orange" nümayəndələrinin sözlərinə görə, tərəfdaşlıq çərçivəsində şirkət Fransanın Atlantik okeanı sahilində yerüstü stansiyanın tikintisi və istismarı, eləcə də yerüstü kommunikasiya vasitələrinin təminatı ilə məşğul olacaq.

"Dunant" layihəsi "Google" şirkətinin infrastruktur investisiyalarının tərkib hissəsidir. Bura, həmçinin Çili və Los-Ancelesi birləşdirən ilk özəl qitələrarası "Curie" layihəsi aiddir.

Öz növbəsində "Orange" sualtı kabellərə xidmətlərin göstərilməsi bazarında aparıcı oyunçu və 40-dan çox oxşar layihənin sərmayədarı kimi çıxış edir.

Nizam Nuriyev





Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024