12px13px15px17px
Tarix:15/10/18

Səs analizi depressiyanı və intiharla bağlı fikirləri aşkarlamağa kömək edəcək

Avstraliyanın Yeni Cənubi Uels Universiteti kompüter təliminin insan səsinin xüsusiyyətlərinə görə onun emosiyalarının və ruhi vəziyyətinin müəyyənləşdirilməsi məsələlərində tətbiqi imkanlarının tədqiqinə başlayıb. Alimlər xüsusilə depressiyanın və intiharla əlaqədar fikirlərin aşkarlanması imkanına maraq göstərirlər. Bu, məsələn, psixoloji yardım xidmətlərinin “qaynar xət”lərinə müraciət edən insanlarla aparılan iş zamanı kömək edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, universitet dosenti Jülen Eppsin sözlərinə görə, son illər səs analizinin praktiki tətbiqi sahəsində tədqiqatların tempində artım müşahidə olunur. Tədqiqatçılar həm ənənəvi siqnal emalı texnologiyalarından, həm də kompüter təlimindən istifadəni planlaşdırırlar. Səs yazısının analizi onun tipik xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verəcək, kompüter təlimi vasitəsilə isə bu xüsusiyyətləri insanın emosional vəziyyəti ilə əlaqələndirmək mümkün olacaq.

Məlumata görə, alimlər Avstraliyanın “Lifeline” psixoloji yardım telefon xidməti ilə birgə fəaliyyət göstərirlər. Xidmətə hər gün 1 milyona yaxın müraciət daxil olur. Süni intellekt səsə görə müraciətin xarakterini avtomatik müəyyənləşdirə və xidmət əməkdaşına konkret müraciət üçün hansı mütəxəssisləri cəlb etməyi tövsiyə edə və ya həmin əməkdaşın apardığı gərgin danışıqların sayını hesablaya bilər.   

Nizam Nuriyev





Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024