Tarix:18/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, agentliyin planlarına planetin sıx atmosferindən tədqiqatlar üçün əsas kimi istifadə daxildir. “HAVOC” məhdud test missiyalarından asılı olan uzunmüddətli plandır. Missiyaların konkret tarixləri barədə məlumat verilmir.
Bildirilir ki, Venera səthində yüksək təzyiqin və temperaturun olmasını nəzərə alan “NASA” insan missiyaları üçün onun üst atmosfer qatlarından istifadə edəcək. Bu məqsədlər üçün agentlik tərəfindən xüsusi dirijablların yaradılması nəzərdə tutulur.
Məlumata görə, Venera atmosferinin yuxarı qatları Günəş sistemində Yer kürəsinə ən çox bənzəyən yer hesab edilir. Venera səthindən 50-60 km hündürlükdə təzyiq və temperatur Yerin alt atmosfer qatlarında yerləşən regionlarla müqayisə edilə bilər. Bu hündürlükdə temperatur Selsi üzrə 20-30 dərəcə arasında dəyişir.
Konseptual dirijabl Venera üzərində uçaraq küləyin təsirinə məruz qalmayacaq. Dirijablın uçmaq qabiliyyətinin təmin edilməsi üçün onu oksigen və azot kimi qaz qatışıqları ilə təchiz etmək təklif edilir. Belə qatışığın Venera atmosferindən yüngül olması aparatı yuxarıya qaldırmağa imkan verəcək.
İki nəfərdən ibarət ekipaj üzvü üçün nəzərdə tutulan dirijabl Veneranı 30 gün ərzində tədqiq etməyə şərait yaradacaq.
Nizam Nuriyev
ABŞ Kosmik Agentliyi Veneraya missiya göndərəcək
ABŞ Kosmik Agentliyi (NASA) Venera planetinə missiyanın göndərilməsi üçün “High Altitude Venus Operational Concept” (HAVOC) adlı konsepsiya üzərində çalışır.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, agentliyin planlarına planetin sıx atmosferindən tədqiqatlar üçün əsas kimi istifadə daxildir. “HAVOC” məhdud test missiyalarından asılı olan uzunmüddətli plandır. Missiyaların konkret tarixləri barədə məlumat verilmir.
Bildirilir ki, Venera səthində yüksək təzyiqin və temperaturun olmasını nəzərə alan “NASA” insan missiyaları üçün onun üst atmosfer qatlarından istifadə edəcək. Bu məqsədlər üçün agentlik tərəfindən xüsusi dirijablların yaradılması nəzərdə tutulur.
Məlumata görə, Venera atmosferinin yuxarı qatları Günəş sistemində Yer kürəsinə ən çox bənzəyən yer hesab edilir. Venera səthindən 50-60 km hündürlükdə təzyiq və temperatur Yerin alt atmosfer qatlarında yerləşən regionlarla müqayisə edilə bilər. Bu hündürlükdə temperatur Selsi üzrə 20-30 dərəcə arasında dəyişir.
Konseptual dirijabl Venera üzərində uçaraq küləyin təsirinə məruz qalmayacaq. Dirijablın uçmaq qabiliyyətinin təmin edilməsi üçün onu oksigen və azot kimi qaz qatışıqları ilə təchiz etmək təklif edilir. Belə qatışığın Venera atmosferindən yüngül olması aparatı yuxarıya qaldırmağa imkan verəcək.
İki nəfərdən ibarət ekipaj üzvü üçün nəzərdə tutulan dirijabl Veneranı 30 gün ərzində tədqiq etməyə şərait yaradacaq.
Nizam Nuriyev
Baxış sayı: 449
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet