Tarix:19/10/18
Dövlət Radiotezliklər İdarəsi 1968-ci ildə "Texniki Radionəzarət Stansiyası" nəzdində bir qrup şəkilində formalaşıb. Daha sonra "Texniki Radionəzarət Stansiyası", "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" və nəhayət, 1998-ci ildən "Dövlət Radiotezliklər İdarəsi" kimi fəaliyyət göstərməyə başlayıb.
1996-cı ildə ölkədə radioelektron vasitələri və yüksəktezlikli avadanlıqlardan istifadə səmərəliliyini artırmaq, bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan "Radiotezliklər üzrə Dövlət Komissiyası" bu gün də işini davam etdirir.
Hazırda Dövlət Radiotezliklər İdarəsi ölkə ərazisində mülkü məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin (REV) qeydiyyatını aparır.
Eyni zamanda, radiorabitə avadanlıqlarının normal işləməsi üçün elektromaqnit uzlaşmasını, tezliklərin seçilməsi və maneələrin aradan qaldırılmasını təmin etmək məqsədilə radiomonitorinq, efirə radionəzarət işlərini yerinə yetirir.
Bütün bunlarla yanaşı, efirə radionəzarət işlərini təmin edir və nəzarət olunan tezliklərin icazə verilmiş REV-nin qeydiyyat bazası ilə uyğunluğunu yoxlayır.
Bu gün DRİ tərəfindən mütəmadi olaraq respublika ərazisində yayımlanan TV və FM kanallarının əhatə dairəsi ölçülür və yayım vəziyyəti yoxlanılır.
Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür. Bu münasibətlə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə idarənin əməkdaşlarını təbrik edib.Dövlət Radiotezliklər İdarəsi 1968-ci ildə "Texniki Radionəzarət Stansiyası" nəzdində bir qrup şəkilində formalaşıb. Daha sonra "Texniki Radionəzarət Stansiyası", "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" və nəhayət, 1998-ci ildən "Dövlət Radiotezliklər İdarəsi" kimi fəaliyyət göstərməyə başlayıb.
1996-cı ildə ölkədə radioelektron vasitələri və yüksəktezlikli avadanlıqlardan istifadə səmərəliliyini artırmaq, bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan "Radiotezliklər üzrə Dövlət Komissiyası" bu gün də işini davam etdirir.
Hazırda Dövlət Radiotezliklər İdarəsi ölkə ərazisində mülkü məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin (REV) qeydiyyatını aparır.
Eyni zamanda, radiorabitə avadanlıqlarının normal işləməsi üçün elektromaqnit uzlaşmasını, tezliklərin seçilməsi və maneələrin aradan qaldırılmasını təmin etmək məqsədilə radiomonitorinq, efirə radionəzarət işlərini yerinə yetirir.
Bütün bunlarla yanaşı, efirə radionəzarət işlərini təmin edir və nəzarət olunan tezliklərin icazə verilmiş REV-nin qeydiyyat bazası ilə uyğunluğunu yoxlayır.
Bu gün DRİ tərəfindən mütəmadi olaraq respublika ərazisində yayımlanan TV və FM kanallarının əhatə dairəsi ölçülür və yayım vəziyyəti yoxlanılır.
Baxış sayı: 981
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet