12px13px15px17px
Tarix:22/10/18

Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı üzrə reytinq tərtib edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ABŞ-ın kompüter bazarının 6,4%-i və təmir edilmiş məhsulların yalnız 1,63%-i ən etibarlı kompüterlərin reytinqində lider olan “Samsung Electronics” şirkətinin payına düşür. Cənubi Koreya şirkəti etibarlılıq reytinqində 393 bal toplayıb.
 
ABŞ-ın kompüter bazarının 14,9%-i, təmir edilmiş məhsulların 5,9%-i sözügedən reytinqdə 253 bal toplayaraq ikinci yeri tutmuş “Lenovo” şirkətinin payına düşür. “Apple”, “Dell” və “Microsoft” şirkətləri müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.
 
“Rescuecom” şirkətinin nümayəndəsinin sözlərinə görə, “Samsung” məhsulun keyfiyyətinin artırılmasına böyük yatırım edir.
 
Emil Hüseynov



Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024