12px13px15px17px
Tarix:22/10/18

Yeni “Apple” qurğularının təqdimat tarixi məlum olub

“Apple” şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni qurğuların təqdimat mərasiminə dəvət edib.    

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, ABŞ istehsalçısı tərəfindən hansı qurğuların nümayiş etdiriləcəyi naməlum olsa da, şayiələrə görə, “iPad Pro” istehsal xəttinə aid yeni planşetlər təqdim olunacaq. Onlar “Face ID” sifətin tanınması sistemi, daha nazik ekran çərçivəsi, eləcə də “Lightning” əvəzinə “USB-C” çıxışı ilə təchiz ediləcək.

Bundan başqa, yenilənmiş noutbuklar və ya fərdi kompüterlər, o cümlədən uzun müddətdir yenilənməyən və nisbətən ucuz “MacBook Air” modelini əvəzləyəcək noutbukun nümayiş ediləcəyi istisna edilmir. Qurğunun ensiz çərçivəli 12 düymlük “Retina” ekranı ilə təchiz ediləcəyi bildirilir. Həmçinin yeni “Mac Mini” kompüterinin nümayiş olunacağı gözlənilir.  

Bundan əlavə, şirkət “FaceTime” servisində qrup şəklində zənglər funksiyası və iki SİM kart dəstəyi ilə təchiz ediləcək “iOS 12.1” sistemi, eləcə də “Apple Watch Series 4” qurğusu vasitəsilə elektrokardioqrafiya etmək imkanının quraşdırılacağı “ağıllı” saatlar üçün “watchOS” sisteminin yenilənmiş versiyası haqqında məlumat verə bilər.  

Bu dəfə “Apple” jurnalistlərə dizaynına görə bir-birindən fərqlənən (onların üzərində şirkətin loqotipi müxtəlif şəkildə əks olunub) 50 müxtəlif versiyadan ibarət dəvətnamələr göndərib. Bu, “There's more in the making” şüarı ilə keçiriləcək tədbirin proqramının zəngin olacağından xəbər verir.

Nizam Nuriyev





Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024