12px13px15px17px
Tarix:22/10/18

İnternetdən ən çox kişilər istifadə edir

Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından iki dəfə azdır. Bu barədə “Inclusive Internet Index” təşkilatının tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, kişilər internetdən qadınlarla müqayisədə orta hesabla 33,5 faiz çox istifadə imkanına malikdirlər. Bu, əsasən qadınların əksər ölkələrdə qarşılaşdıqları məhdudiyyətlərlə əlaqədardır: təhsil almaq və ya işləmək imkanının olmaması, aşağı əməkhaqqı.

Məsələn, Hindistanın Nyu Dehli və ya Filippinin Manila şəhərlərinin sakinləri əmindir ki, internetdə qadınlar tərəfindən istifadə olunan kontent üzərində nəzarət olmalı və məhdudiyyət tətbiq edilməlidir. Onların üçdə iki hissəsi hesab edir ki, qadınlar internet kafeyə getməməlidir.

“Web Foundation” təşkilatının tədqiqatlar rəhbəri Danaray Takurun sözlərinə görə, ailədə bir telefon olanda, böyük ehtimalla ondan kişi istifadə edəcək. “İnsanın evdə bir telefonu olanda, qadınlar internetdən yararlanmaq imkanından məhrum olur”, - o qeyd edib.  

Bildirilir ki, daha bir amil internetə qoşulmaq üçün tariflərin baha olması ilə əlaqədardır. Sahə üzrə təşkilatların ekspertləri əmindir ki, kasıblar internetə yalnız çıxış üçün tariflər onların aylıq gəlirlərinin 2 faizinə bərabər olanda maraq göstərəcəklər.  

Nizam Nuriyev  





Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024