12px13px15px17px
Tarix:23/10/18

Amerikalı yeniyetmələrin 82%-i “iPhone”u seçib

“Piper Jaffray” analitiklərinin araşdırmasına görə, amerikalı yeniyetmələrin böyük əksəriyyəti “iPhone” smartfonuna sahibdir. Məlum olub ki, respondentlərin 82%-i  “Apple” smartfonundan istifadə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeniyetmələrin 86%-i yeni smartfon kimi yalnız “Apple” məhsulunu seçəcəyini bildirib, respondentlərin yalnız 10%-i “Android” sisteminin idarəetməsi altında işləyən aparat satın almağı planlaşdırır.
 
Analitiklərin sözlərinə görə, amerikalı gənclər arasında “iPhone” smartfonu hələ bu qədər populyar olmamışdı. Məsələn, 2014-cü ilin payızında amerikalı yeniyetmələrin 60%-i “iPhone” cihazından istifadə edib. “Piper Jaffray” şirkətinin sorğusu orta yaşı 16 olan 8600 yeniyetmə arasında keçirilib.
 
Emil Hüseynov





Baxış sayı: 424

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024