12px13px15px17px
Tarix:23/10/18

Çində dünyanın ən güclü kollayderi tikiləcək

Çin elmi ictimaiyyəti 2030-cu ilədək dünyanın ən güclü kollayderini inşa etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, layihənin dəyəri 35 milyard yuan (5,05 milyard dollar) qiymətləndirilir. Pekin Yüksək Enerjilər Fizikası İnstitutunun direktoru Van İfanın sözlərinə görə, kollayderin tikintisi üçün yer hələ ki ayrılmayıb.

“Kollayder çevrəsinin uzunluğu 100 km, ümumi enerjisi 240 giqaelektronvolt təşkil edəcək. Hər iki göstərici dünya rekordu qıracaq”, - institut direktoru qeyd edib.
O, həmçinin vurğulayıb ki, kollayder Avropada yerləşən Böyük Adron Kollayderi ilə müqayisədə daha çox Hiqqs bozonu yaratmağa imkan verəcək.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi (LHC) yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, toplanması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. Kollayder Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində – Cenevrə şəhərində inşa olunub.

Nizam Nuriyev





Baxış sayı: 471

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024