Tarix:23/10/18
Bu gün iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, Yüksək Texnologiyalar Parkı ilə "Azercell" arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək müştərək layihələr hazırlanacaq.
Bundan əlavə, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resurslar və imkanlarla tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.
Qeyd edək ki, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb.
Yüksək Texnologiyalar Parkı “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlığa başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə "Azercell Telekom" MMC-nin "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi əməkdaşlığa başlayır.Bu gün iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, Yüksək Texnologiyalar Parkı ilə "Azercell" arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək müştərək layihələr hazırlanacaq.
Bundan əlavə, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resurslar və imkanlarla tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.
Qeyd edək ki, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb.
Baxış sayı: 425
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet