12px13px15px17px
Tarix:24/10/18

“Facebook” şirkəti “Messenger” proqramının dizaynını sadələşdirir

“Facebook” şirkəti ani mesajlarla mübadilə üçün özünün “Messenger” proqramının interfeysini sadələşdirməyə dair qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi messencerdə 9 deyil, yalnız 3 bölmə mövcud olacaq: "Mesajlar" (çatlar), "İnsanlar" (tarixçəni və onlaynda olan istifadəçiləri göstərir) və "Qruplar" (oyun və biznes çatlar). Bundan başqa, tezliklə "qara rejim"in (dark mode) istifadəyə verilməsi gözlənilir. Bu rejim proqramın fon rəngini qara rəngə çevirəcək.
 
“Facebook Messenger”in vitse-prezidenti Sten Çudnovski deyib: "Bu, bizə daha sürətli, təkmilləşdirilmiş, güclü funksiyalar yaratmaq imkanı təqdim edəcək yeni bünövrədir".
 
“Messenger” proqramında hər ay istifadəçilər bir-birinə təxminən 10 milyard mesaj göndərirlər.
 
Emil Hüseynov





Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024