12px13px15px17px
Tarix:26/10/18

“Facebook” artırılmış reallıq eynəyi üzərində işləyir

“Facebook” şirkəti ilk dəfə olaraq öz artırılmış reallıq eynəyi üzərində iş apardığını təsdiq edib. "Bəli! Əlbəttə, biz bu hazırlama üzərində işləyirik" – “Facebook AR” istiqamətinin direktoru Fikus Kirkpatrik Los-Ancelesdə keçirilmiş konfransda deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, “Facebook”un mühəndislər komandası gələcək artırılmış reallıq qurğusunda tətbiq edilə biləcək qabaqcıl həllərə malikdir.
 
2017-ci ildə “Facebook”un direktoru Mark Zukerberq bildirmişdi ki, gələcəkdə istifadəçilər, məsələn, "ağıllı" eynək və ya kontakt linzalarının köməyi ilə real dünyada istənilən obyektin üzərinə rəqəmli məzmun yerləşdirə biləcək. "Bizə fiziki televizor lazım deyil. 1 dollara TV proqramını satın almaq və divara proyeksiya edib televiziya kanallarını  izləmək mümkün olacaq” – “Facebook”un baş direktoru deyib.
 
Emil Hüseynov





Baxış sayı: 406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024