12px13px15px17px
Tarix:27/10/18

Süni intellektin yaratdığı portret ilk dəfə satışa çıxarılıb

Süni intellekt tərəfindən çəkilən portret ilk dəfə “Christie's” hərracında 432 min dollara satılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Nyu-Yorkda keçirilən auksionda şəklin ilkin qiyməti 7-10 min dollar təşkil edib.

Məlumata görə, “Edmond Bedaminin portreti” adlı rəsm əsəri Parisin “Obvious” kollektivi tərəfindən yaradılıb. Mütəxəssislər XIV-XX əsrlərdə çəkilən portretləri öyrənən xüsusi alqoritm hazırlayıblar. Bunun sayəsində kompüter öz işinin tarixi nümunələrlə müqayisəsini apararaq onlar arasında fərq aşkar etməyib.

Bu, süni intellekt vasitəsilə yaradılan şəklin böyük auksion evi tərəfindən ilk satışıdır.

Nizam Nuriyev





Baxış sayı: 290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024