12px13px15px17px
Tarix:27/10/18

Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində "Qlobal İnfluenser Günü" keçirilib.

 

Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot "Sofiya" da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

 

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Sofiya" ilə söhbət edib.  

 

"Qlobal İnfluenser Günü" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan "İnnovasiya həftəsi" çərçivəsində keçirilib.

 

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışıldı. "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunan və "İnnovasiya həftəsi" çərçivəsində baş tutan "Qlobal İnfluenser Günü" Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirildi.

 

Çıxış edənlər bildirdilər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startapçılar üçün zəruri infrastruktur yaradılıb. "Qlobal İnfluenser Günü" konfransı da bunun əyani göstəricisidir.

 

"Keepface" Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov çıxışlarında iştirakçılara tədbir barədə məlumat verdikdən sonra influenser marketinqin ideya və fəlsəfəsi barədə danışdılar, üç il əvvəl fəaliyyətə başlayan və auditoriyası bir milyard olan "Keepface" Qlobal İnfluenser Marketinq Platformasının 35 ölkədə çalışdığını diqqətə çatdırdılar. "Fəxr edirik ki, Azərbaycanda yaranan və azərbaycanlılardan ibarət komandası olan platforma yerli brendləri dünyaya təqdim edir", - deyən "Keepface" Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri onları dəstəkləyən Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.

 

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot "Sofiya" səhnəyə çıxdı. Sofiya "Qlobal İnfluenser Günü" ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. "Sofiya" Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd etdi. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirdi.

 

Çıxışı zamanı "Sofiya" insan-robot münasibətlərinə də toxundu. "Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər", - deyən "Sofiya"nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır. Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğuladı. Bildirdi ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Çıxışı zamanı tamaşaçılar "Sofiya"nın zarafatının da şahidi oldular. "Sofiya" mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirdi.

 

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən "Fobia Viar" sərgisi ilə tanış oldu. "Fobia Viar" Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə "Game zona", yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.

 

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot "Sofiya" ilə ünsiyyət qurdu, şəkil çəkdirdi.

 

"Sofiya" dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.























Baxış sayı: 960

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyul 2019

18/07/19
Nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Göygöl rayonun

18/07/19
“Samsung” smartfonlar üçün yüksəksürətli operativ yaddaş modulları təqdim edib

“Samsung” şirkəti smartfonlar üçün “LPDDR5” standartlı operativ yaddaş çiplərinin kütləvi i

18/07/19
Gələcək beyin implantı nümayiş edilib

İddialı milyarder İlon Maska məxsus “Neuralink” şirkəti neyrokompüter interfeyslərinin insan beyninə impl

18/07/19
Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb

Miniatür qurğu kənar hərəkətin (məsələn, ultrasəs) hesabına hərəkətə gəlir. Gələcəkdə belə robotlar orqan

18/07/19
“OneWeb” kosmik internetində məlumatlar 400 Mbit/saniyə sürətlə ötürülüb

Böyük Britaniyanın “OneWeb” şirkəti kosmik internetin ilk sınağının nəticələrini dərc edib. Bağlantı bir

18/07/19
Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqat aparılır

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Tənzimləyici orqan intern

18/07/19
Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan “Check Point Software Technologies”

18/07/19
“Xiaomi Mi A3” smartfonu rəsmən təqdim olunub

“Xiaomi” şirkəti İspaniyada “Mi A3” yeni smartfonunu rəsmən təqdim edib. “Android One” proqramı

17 07 2019

17/07/19
Sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə 

17/07/19
2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcək

4 il sonra “5G” texnologiyasını dəstəkləyən smartfonların sayı belə mobil şəbəkələrə qoşula bilməyən qur

17/07/19
Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq

“Gartner” analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc

17/07/19
Bill Qeyts milyarderlər siyahısında ilk dəfə üçüncü pilləyə enib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts milyarderlər indeksinin yeddillik tarixində ilk dəfə üç

17/07/19
Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb

Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət

17/07/19
“5G” şəbəkəsini dəstəkləyən ilk “Vivo” smartfonu sertifikasiyadan keçib

Çinin “China Compulsory Certificate” sertifikasiya saytında “V1916A” markalı müəmmalı “Vivo” sma

17/07/19
Portuqaliyada ilk superkompüter işə salınıb

Portuqaliyada “BoB” adlı ilk superkompüter rəsmən istifadəyə verilib. O, Mino Universiteti nəzdində Qabaq

17/07/19
Mütəxəssislər “ağıllı” qurğulara edilən kiberhücumların artımını qeydə alıblar

2018-ci ildə “ağıllı” qurğular (saat, smart televizorlar, uşaq oyuncaqları, video qeydiyyatçı və soyuducular

17/07/19
“Twitter” fərdi kompüterlər üçün yeni dizayn təqdim edib

“Twitter” mikrobloqlar xidməti fərdi kompüterlər üçün yeni dizaynını təqdim edib. Bu haqda şirkətin bloqu