12px13px15px17px
Tarix:29/10/18

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı keçirilir. Bu gün konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti, Baş nazir Şeyx Məktum Bin Rəşid, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad Al Mansuri, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, İttifaqa üzv dövlətlərin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib.
 
Azərbaycanı beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti təmsil edir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İttifaqın 31 oktyabr tarixində keçiriləcək plenar iclasında çıxış edəcək.
 
BTİ-nin baş katibi H.Cao konfransın açılış mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada 3,9 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də səlahiyyətli konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının "Davamlı İnkişaf Məqsədləri"nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində əldə edilmiş irəliləyişlər  təhlil ediləcək. O bildirib ki, BTİ üzv dövlətlər arasında  dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də, sahə üzrə  gender balansı yaratmağı təşviq edir.
 
Qeyd edək ki, səlahiyyətli  konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının ali qərar qəbul edən orqanıdır. O,  193 üzv dövlətin İttifaqın ümumi strateji və maliyyə planları, rəhbərliyi və növbəti 4 il üçün istiqamətlərini müəyyən etdiyi ən yüksək səviyyəli toplantı hesab olunur.
 
Konfrans çərçivəsində BTİ üzv dövlətləri informasiya və kommunikasiya texnologiyaları üzrə 2020-2023-cü illər üçün  yol xəritəsini  hazırlayacaq.
 
Eyni zamanda, 48 üzv dövlət növbəti 4 il müddətində BTİ-nin  Şurasında, İttifaqın idarəetmə orqanında, səlahiyyətli konfranslarda təmsil olunmaq üçün seçiləcək.
 
Bundan başqa, İttifaqın rəhbər heyəti, o cümlədən növbəti baş katib, baş katibin müavini, Radiorabitə, Telekommunikasiya Standartlaşdırması və Telekommunikasiya sektorunun inkişafı üzrə direktor postlarına da seçkilər keçiriləcək.
 
Xatırladaq ki, 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.





 









Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Noyabr 2018

19 11 2018

19/11/18
Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən üzv seçilmək ölkəmiz üçün yeni imkanlar yaradır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli

19/11/18
ABŞ-da Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Ağ Evin rəhbəri  Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (Cybersecurity and Infrastructure 

19/11/18
“Huawei” “ağıllı” şəhər üçün "sinir sistemi" yaradıb

“Huawei” şirkətinin “+AI Digital Platform” platforması datçik, kamera və hakimiyyət orqanlarından toplanılmış 

19/11/18
Neyron şəbəkəsi biometrik sistemlərə müdaxilə üçün barmaq izlərini saxtalaşdırmağı öyrənib

Nyu-York Universiteti Politexnik İnstitutunun alimləri biometriya sistemlərinə müdaxilə məqsədilə neyron 

19/11/18
Yeni texnologiya smartfonların çox qızmasının qarşısını alacaq

Amerikalı mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya smartfon və başqa elektron qurğuların 

19/11/18
“Apple”ın rəhbəri “iPhone” smartfonundan daha az istifadə etməyə başlayıb

“Apple” korporasiyasının rəhbəri Tim Kuk öz “iPhone” smartfonundan daha az istifadə etməyə başladığını

19/11/18
Çin “Beidou” naviqasiya sisteminin yaradılmasını başa çatdırıb

Çin göyərtəsində iki “Beidou-3” naviqasiya peyki olan “Changzheng” raketdaşıyıcısının uğurlu