Tarix:30/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sonu 26 oktyabr 2018-ci ilə təsadüf edən yeddigünlük dövr üçün hesablamalara görə, “Oreo 8.0-8.1” versiyası “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların 21,5 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 19,2 faiz təşkil edib.
Məlumata görə, “Google” şirkətinin mobil əməliyyat sisteminin ən populyar modifikasiyası 28,2 faizlik bazar payına sahib çıxan “Android Nougat 7.0-7.1” olaraq qalır. Sentyabrda onun payı 29,3 faizə bərabər olub.
“Android 6.0 Marshmallow” versiyasının iştirak payı ay ərzində cüzi - 21,6 faizdən 21,3 faizədək azalıb. Bundan başqa, “Android Lollipop 5.0-5.1” versiyasının payında azalma 18,3 faizdən 17,9 faizədək) qeydə alınıb. Sonrakı mövqelərə “KitKat” (7,6 faiz) və “Jelly Bean” (3 faiz), Gingerbread (0,3 faiz) və Ice Cream Sandwich (0,3 faiz) sahib çıxıb.
Yeni “Android 9.0 Pie” hələlik statistikada yer almayıb, bu isə o deməkdir ki, onun payı 0,1 faizdən çox deyil.
“Android 9.0 Pie” 6 avqust 2018-ci ildə rəsmən təqdim edilib. Yeni əməliyyat sistemini ilkin olaraq “Google Pixel” və “Essential Phone” smartfonlarının istifadəçiləri quraşdırmaq imkanından yararlanıb.
“Android Pie” jestlər əsasında yeni sistem interfeysi və sosial şəbəkələr üçün limit tətbiq etmək imkanı ilə təchiz edilib. Bundan əlavə, əməliyyat sistemində smartfondan az istifadəyə kömək edən yeni funksiya istifadəyə verilib. Ekranda gün ərzində bildirişlərin sayı və istifadəçinin mobil əlavələr üçün sərf etdiyi vaxt haqqında məlumatlar göstərilir.
Nizam Nuriyev
“Android” sistemli qurğuların 21,5 faizi “Oreo” versiyası ilə işləyir
Dünyada hər beşinci “Android” qurğusu “Oreo 8.0-8.1” versiyasına əsaslanır. Bu barədə “Google” statistik məlumatlarında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sonu 26 oktyabr 2018-ci ilə təsadüf edən yeddigünlük dövr üçün hesablamalara görə, “Oreo 8.0-8.1” versiyası “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların 21,5 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 19,2 faiz təşkil edib.
Məlumata görə, “Google” şirkətinin mobil əməliyyat sisteminin ən populyar modifikasiyası 28,2 faizlik bazar payına sahib çıxan “Android Nougat 7.0-7.1” olaraq qalır. Sentyabrda onun payı 29,3 faizə bərabər olub.
“Android 6.0 Marshmallow” versiyasının iştirak payı ay ərzində cüzi - 21,6 faizdən 21,3 faizədək azalıb. Bundan başqa, “Android Lollipop 5.0-5.1” versiyasının payında azalma 18,3 faizdən 17,9 faizədək) qeydə alınıb. Sonrakı mövqelərə “KitKat” (7,6 faiz) və “Jelly Bean” (3 faiz), Gingerbread (0,3 faiz) və Ice Cream Sandwich (0,3 faiz) sahib çıxıb.
Yeni “Android 9.0 Pie” hələlik statistikada yer almayıb, bu isə o deməkdir ki, onun payı 0,1 faizdən çox deyil.
“Android 9.0 Pie” 6 avqust 2018-ci ildə rəsmən təqdim edilib. Yeni əməliyyat sistemini ilkin olaraq “Google Pixel” və “Essential Phone” smartfonlarının istifadəçiləri quraşdırmaq imkanından yararlanıb.
“Android Pie” jestlər əsasında yeni sistem interfeysi və sosial şəbəkələr üçün limit tətbiq etmək imkanı ilə təchiz edilib. Bundan əlavə, əməliyyat sistemində smartfondan az istifadəyə kömək edən yeni funksiya istifadəyə verilib. Ekranda gün ərzində bildirişlərin sayı və istifadəçinin mobil əlavələr üçün sərf etdiyi vaxt haqqında məlumatlar göstərilir.
Nizam Nuriyev
Baxış sayı: 277
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet