12px13px15px17px
Tarix:30/10/18

Marsa yeni missiya üçün paraşütün sınaqları keçirilib

ABŞ Kosmik Agentliyi (NASA) “ASPIRE” (Advanced Supersonic Parachute Inflation Research Experiment) proqramı çərçivəsində “Mars 2020” missiyası üçün istifadə ediləcək yeni paraşütün sınaqlarını keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, raket buraxılışlarının məqsədi Marsa gələcək missiya üçün daha effektiv paraşüt dizaynının müəyyənləşdirilməsindən ibarətdir. Mühəndislərin sözlərinə görə, çəkisi 1050 kq təşkil edən tədqiqat robotunun enməsinə görə məsuliyyət daşıyacaq paraşüt Mars planetinə yeni kosmik aparatın enişi zamanı vacib rol oynayacaq.

Məlumata görə, sınaq buraxılışları sentyabrın 7-də “Black Brant IX” raketi vasitəsilə həyata keçirilib. Yerə atılan faydalı yüklü konteyner atmosferdən keçən zaman öz paraşütünü lazımi yüksəklikdə rekord sürətlə açıb. Testlər zamanı tədqiqatçılar tərəfindən iki müxtəlif paraşüt qiymətləndirilib. İlk sınaq uçuşu zamanı yük 2012-ci ildə Marsa eniş üçün istifadə edilmiş paraşütün açılmasını dəqiqliklə təkrarlayıb. İkinci və üçüncü buraxılışlarda möhkəm materiallarla gücləndirilmiş eyniölçülü paraşütlərdən istifadə edilib. 2020-ci ildə Marsa ən ağır faydalı yükün çatdırılacağı ilə əlaqədar olaraq paraşüt vəzifəsinin öhdəsindən ilk dəfədə gəlməlidir.

Nizam Nuriyev
 






Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024