Tarix:31/10/18
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.
Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün bildirək ki, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.
Qeyd edək ki, “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə baş tutub.
“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu
Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.
Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün bildirək ki, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.
Qeyd edək ki, “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə baş tutub.
Baxış sayı: 409
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet