Tarix:05/11/18
“The Washington Post” nəşrində smartfonları ətraflı təsvir edən jurnalist aşağıdakı tendensiyanı aşkar edib: növbəti nəsil qabaqcıl smartfonların akkumulyatorları əvvəlki nəsillə müqayisədə daha az avtonom işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “iPhone XS” və “X” smartfonlarının avtonom işləmə müddətini müqayisə edən jurnalist aydınlaşdırıb ki, yeni model köhnə modellə müqayisədə 21 dəqiqə daha az enerji saxlayır.
Qabaqcıl “Android” smartfonlarında da eyni tendensiya müşahidə olunur. Məsələn, “Google Pixel 3” smartfonu “Google Pixel 2” ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. “iPhone XR” smartfonu istisnadır: “Apple” şirkətinin tək kameralı çərçivəsiz smartfonu daha çox avtonom işləmə müddətinə malikdir.
Batareyaların optimallaşdırılması ilə məşğul olan “Qnovo” şirkətinin baş direktoru bu vəziyyətin səbəbini izah edib. Onun sözlərinə görə, batareyaların təkmilləşdirilməsi üzərində aparılan iş smartfonun başqa aparat təminatı ilə müqayisədə çox ləng gedir. Nəticədə yeni smartfon daha çox enerji tələb edir, amma akkumulyator əvvəlki nəsildə olduğu kimi eynidir.
Emil Hüseynov
“iPhone” cihazının batareyaları hər nəsillə daha pis olur
Demək olar ki, 2018-ci ildə istehsal edilmiş bütün smartfonlar 2017-ci ilin qurğuları ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. Jurnalist bu tendensiyanı aşkar edib, ekspert isə bu vəziyyətin səbəbini izah edib.“The Washington Post” nəşrində smartfonları ətraflı təsvir edən jurnalist aşağıdakı tendensiyanı aşkar edib: növbəti nəsil qabaqcıl smartfonların akkumulyatorları əvvəlki nəsillə müqayisədə daha az avtonom işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “iPhone XS” və “X” smartfonlarının avtonom işləmə müddətini müqayisə edən jurnalist aydınlaşdırıb ki, yeni model köhnə modellə müqayisədə 21 dəqiqə daha az enerji saxlayır.
Qabaqcıl “Android” smartfonlarında da eyni tendensiya müşahidə olunur. Məsələn, “Google Pixel 3” smartfonu “Google Pixel 2” ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. “iPhone XR” smartfonu istisnadır: “Apple” şirkətinin tək kameralı çərçivəsiz smartfonu daha çox avtonom işləmə müddətinə malikdir.
Batareyaların optimallaşdırılması ilə məşğul olan “Qnovo” şirkətinin baş direktoru bu vəziyyətin səbəbini izah edib. Onun sözlərinə görə, batareyaların təkmilləşdirilməsi üzərində aparılan iş smartfonun başqa aparat təminatı ilə müqayisədə çox ləng gedir. Nəticədə yeni smartfon daha çox enerji tələb edir, amma akkumulyator əvvəlki nəsildə olduğu kimi eynidir.
Emil Hüseynov
Baxış sayı: 603
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet