12px13px15px17px
Tarix:05/11/18

Bil Qeyts robotlar üçün verginin tətbiqini proqnozlaşdırır

Milyarder, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts gələcəkdə vergi sisteminin dəyişəcəyini və insanların öz iş yerini saxlamasına imkan vermək üçün robotlara xüsusi yığımların tətbiq ediləcəyini düşünür. O, bu barədə “Nikkei” qəzetinə müsahibədə bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “REGNUM” resursuna istinadən yazır ki, onun sözlərinə görə, vergiqoyma sistemi elə qurulmalıdır ki, işəgötürən işə qəbul zamanı insana üstünlük versin. “Hazırda sistem robotların istehsalda işçiləri əvəz etməsi üçün qurulub. Robotlara verginin tətbiqi yeni iş yerlərinin yaradılmasına, insanların inkişafına və onların süni intellektə uyğunlaşmasına kömək edəcək”, - o qeyd edib.

B.Qeyts, həmçinin hesab edir ki, robotlar insanlar kimi eyni vergi yükü daşımalı, robotlara tətbiq edilən vergidən büdcə üçün əldə edilən vəsaitlər səhiyyə, aztəminatlılara və işini itirən insanlara kömək, eləcə də işsizlərin ixtisasının dəyişməsi üçün sərf edilməlidir.

Nizam Nuriyev





Baxış sayı: 363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024